Accessibility links

Şimali Koreya beynəlxaq xəbərdarlıqlara baxmayaraq üçüncü nüvə sınağını həyata keçirib.Bu addım dünya liderlərinin kəskin qınağına səbəb olub.

Rəsmi Pxenyan nüvə sınağının Birləşmiş Ştatların kommunist dövlətə qarşı qlobal səviyyədə sanksiyaların genişləndirilməsinə gətirib çıxaran düşmənçilik siyasətinə cavab olduğunu bildirib.

Dövlət xəbər agentliyinin məlumatına əsasən yeraltı test zamanı əvvəlki sınaqlardan daha böyük partlayış gücünə malik olan kiçik nüvə bombasından istifadə edilib. Bu isə Şimali Koreyanın daha kiçik texnogiyalardan istifadə edilməsi sahəsində inkişaf əldə etdiyinə dair narahatlıqların artmasına səbəb olub.

Sınağın ardınca Şimal Koreyanın xarici işlər nazirliyi digər tədbirlər haqda xəbərdarlıq edib, lakin təfərrüatlara varmayıb. Cənubi Koreya öz hərbi qüvvələrini hazır vəziyyətə gətirib və Şimal Koreyanın əlavə nüvə sınaqlqarı, ya da raket sınağı keçirə biləcəyinə işarə edib.

BMT Təhlükəsizlik Şurası Nyu Yorkda beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidlərə səbəb olmuş atom sınağını müzakirə etmək üçün təcili iclas keçirir.
XS
SM
MD
LG