Accessibility links

Norveç şahzadəsi keçmiş məhbus Eynulla Fətullayev və hüquq müdafiəçiləri ilə görüşüb


Norveç şahzadəsi keçmiş məhbus Eynulla Fətullayev və hüquq müdafiəçiləri ilə görüşüb

Norveç şahzadəsi keçmiş məhbus Eynulla Fətullayev və hüquq müdafiəçiləri ilə görüşüb

Norveç şahzadəsi Hookonun Bakıya səfəri ilə bağlı bu gün qəbul təşkil edilib. Qəbul zamanı şahzadə keçmiş siyasi məhbus, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayev, Azərbaycan hakimiyyəti tərəfindən fəaliyyəti dayandırılmış Norveç İnsan Haqları Evinin təmsilçisi Vüqar Qocayev və Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə xüsusi görüş keçirib.

Norveç şahzadəsi Hookonun Bakıya səfəri ilə bağlı bu gün qəbul təşkil edilib. Qəbul zamanı şahzadə keçmiş siyasi məhbus, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayev, Azərbaycan hakimiyyəti tərəfindən fəaliyyəti dayandırılmış Norveç İnsan Haqları Evinin təmsilçisi Vüqar Qocayev və Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə xüsusi görüş keçirib. “Mən Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin fəaliyyətinə, bu ölkənin hökumətinə və xarici işlər nazirliyinə həbsdən azad edilməyimdə dəstəyinə görə təşəkkür etdim. 2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun ailəsinə göstərdiyi dəstəyə görə Norveç ictimaiyyətinə və kral ailəsinə xüsusi təşəkkürlərimi bildirdim”- deyə Eynulla Fətullayev Amerikanın Səsi radiosuna bildirib.

Eynulla Fətullayev həmçinin şahzadədən xahiş edib ki, prezident Əliyevlə görüşündə bloqerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsdən azad edilmələri məsələsini qaldırsın. “Şahzadə bunu edəcəyini söz verdi”- deyə o qeyd edib.

Öz növbəsində bu ilin əvvəlində fəaliyyəti dayandırılmış Norveç İnsan Haqları Evinin direktoru Vüqar Qocayev şahzadə ilə görüşdə təşkilatın bağlanma səbəblərini müzakirə edib. “Xahiş etdim ki, İnsan Haqları Evinin fəaliyyətinin bərpa olunması məsələsini qaldırsın, şahzadə söz verdi”.

XS
SM
MD
LG