Accessibility links

Kütləvi qatil Norveç hökümətini məhkəməyə verib


İtitham olunmuş kütləvi cinayətkar Benrinq Breivik Norveçdə məhkəmə qarşısında ifadə verəcək. O, Norveç hökümətini həbsxana şəraitinə görə məhkəməyə verib.

Breivik çərşənbə günü dörd gün davam edəcək dinləmələrin ikinci günü ifadə verməyə hazırlaşır. Dinləmələrdən sonra isə məhkəməmə onun həsxanadakı şərtlərinin qeyri-insanı olub-olmadığına qərar verəcək.

Həbsxana rəsmiləri Breivikin həbsxanada olduğu müddət ərzidnə ekstremist şəbəkəsi yaratmağının qarşısını almaq məqsədilə onun poçta çıxışını və digər məhbuslarla ünsiyyətini məhdudlaşdırdığını bildirir.

Breivil Milli Sosializmə loyallığını ifadə edib. Bu, Holokosta səbəb olan alman millətçi hərəkatının arxasında duran ideologiyadır.

Hazırda Breivik 2011-ci ilin iyul ayınnda bomba və silahlı hücum nəticəsində 77 nəfəri öldürdüyünə görə 21 illik həbs cəzasını çəkir.

O, hökümət binasının önündə bomba partladıb və partlayış nəticəsində 8 nəfər ölüb. Daha sonra o, yaxınlıqdakı adada yerləşən siyasi düşərgədə əksəriyyəti yeniyetmələr olmaqla 69 nəfəri güllələyib.

Hökümət Breivivikə humanist davrandığını desə də, Breivik “təcridinin” qeyri-insani olduğunu və Avropa İttifaqının müəyyən etdiyi stanratlara uyğun olmadığını iddia edir. Onun həbsxananın yüksək səviyyədə mühafizə olunan qolunda üç hücrəyə çıxışı var, amma həbsxana işçilərinni çıxmaq şərtilə həbsxanadakı digər insanlarla ünsiyyəti məhdudlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG