Accessibility links

Breyvikin məhkəməsinin tarixi açıqlandı


Breyvikin məhkəməsinin tarixi açıqlandı
Breyvikin məhkəməsinin tarixi açıqlandı

Norveçdə kütləvi qətl törətməkdə müqəssir bilinən Anders Behrinq Breyvikin məhkəməsi gələn il aprelin 16-a təyin olunub. Breyvik iyul ayında 77 insanın ölümülə nəticələnmiş hücumlarda özünü müqəssir bilib.

Bu gün Osloda dinləmələr zamanı elan edilmiş məhkəmənin tarixi Breyvikin öz əməllərinə görə cinayət məsuliyyəti daşıya bilməsini müəyyən edən psixiatriya ekspertizasının nəticələrindən asılıdır.

Bu, Breyvikin işi ilə bağlı məhkəmədən öncə dördüncü və ictmaiyyət üçün açıq ilk dinləmə idi.

İyul hadisələri zamanı sağ qalan insanlarla da daxil olmaql, onlarla adam dinləmədə iştirak edib. 32 yaşlı Breyvik iyulun 22-də Osloda hökumət binasını partlatdıqdan sonra isə Əmək partiyasının gənclər üçün düşərgəsində 69 nəfəri güllə ilə vurub öldürmüşdü. İki hücumda 78 nəfər həyatını itirmişdir. Hadisələri törətdikdən sonra Breyvik üzünü polisə təslim etmişdi.

XS
SM
MD
LG