Accessibility links

Dünya liderləri Norveç xalqına başsağlığı verir

  • Amerikanın səsi

Dünya liderləri Norveç xalqına başsağlığı verir

Dünya liderləri Norveç xalqına başsağlığı verir

Birləşmiş Ştatlardan tutmuş Pakistana qədər dünya ölkələrinin liderləri dünənki hücumlarla bağlı hiddətlərini bildirərək, Norveç xalqına dəstək ifadə edir. ABŞ prezidenti Barak Obama hücumları qınayıb. ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların Norveçə dəstək verməyə hazır olduğunu bildirib. Britaniyanın Baş naziri Deyvid Kameron hücumları dəhşət adlandıraraq, deyib ki, Britaniya xalqı bu ağır günlərdə Norveçə bir dayanır. Almaniya kansleri Angela Merkel birliyə çağırıb, Xarici İşlər naziri Quido Veltervelle isə hücumları dəhşətli aksiya adlandırıb. Vatikan da Norveç xalqına başsağlığı bildirib. Terror aktlarının tez-tez şahidi olan Pakistan hökumətə və Norveç xalqına baş sağlığı ifadə edib. BMT-nin Baş katibi Ban Ki Mun sözçüsü vasitəsilə bildirib ki, BMT bu ağır vaxt Norveç xalqı ilə bir dayanır. Norveçin Baş naziri Yens Stoltenberq Norveç hökuməti adından dünya liderlərinə təşəkkürünü bildirib.

XS
SM
MD
LG