Accessibility links

Norveç kralı Osloda qətliam qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib

  • Amerikanın səsi

Norveç kralı Osloda qətliam qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib

Norveç kralı Osloda qətliam qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib

Norveçdə iyulun 22-də sağçı ekstremistin həyata keçirdiyi bomba hücumu və atışma zamanı həlak olmuş 77 insanın xatirəsinə anım mərasimi keçirilib. Norveç kralı Harald hadisənin bir ayı münasibətilə paytaxt Osloda keçirilən mərasimə toplaşmış 7 min insan qarşısında nitq söyləyib. Kral Harald hadisə qurbanlarının ailə üzvlərinə üz tutaraq insanların dərdinə şərik olduğunu deyib. Dövlət televiziyası vasitəsilə nümayiş etdirilən mərasimdə Baş nazir Yens Stoltenberq, parlament üzvləri, tanınmış siyasətçilr və qonşu ölkələrin monarx ailələrinin üzvləri iştirak edib. Hadisə qurbanlarının ailə üzvləri və hücum zamanı sağ qalan insanlardan ibarət min nəfərlik qrup bu gün atışmanın baş verdiyi Utoeya adasında olub. Həlak olanların 500 nəfər ailə üzvü dünən adanı ziyarət edib.

XS
SM
MD
LG