Accessibility links

Norveç Şimal dənizində nəhəng neft yataqlarının aşkar edilidiyini bildirir


Norveç Şimal dənizində nəhəng neft yataqlarının aşkar edilidiyini bildirir
Norveç Şimal dənizində nəhəng neft yataqlarının aşkar edilidiyini bildirir

Norveçin Statoil şirkəti Şimal dənizində bu yaxınlarda aşkar edilmiş iki neft yatağının bir-biri ilə bağlı olduğunu bildirib. Bu, son 30 ildə aşkar edilmiş ən böyük neft yatağı hesab edilir. Statoil şirkətinin bəyanatında deyilir ki, Aldous və Avaldsnes neft yataqlarında birlikdə 500 milyonla1,2 milyard barrel arasında neft var. Bu, əvvəl düşünüldüyündən qat-qat artıqdır. Şirkərin qazma işləri üzrə vitse-prezidenti Tom Dodson bu tapıntını nəhəng neft yatağı kimi təsvir edərək deyib ki, Norveçdə 1980c- illərdən belə böyük neft yatağı aşkar edilməyib. Statoilun Aldous Əsas Cənub yatağında 40 faiz payı var. Ekspertlər belə böyük neft yatağının aşkar edilməsini təəccüb hissi ilə qarşılayıblar. Onların fikrincə, on illərdir qazma işlərindən sonra Şimal dənizi belə görünür, hələ də xam neftin mənbəyi olaraq qalmağa davam edir.

XS
SM
MD
LG