Accessibility links

Norveçdə sığınacaq istəyən mühacirlər üçün kurslar açılıb [Video]


Norveçin qaçqınlar üçün hazırladığı təhsil proqramında Yeni İl gecəsi Almaniyanın Köln şəhərində təcavüzə məruz qalan qadınlar barədə də danışlır. Almaniya, İsveç və digər yerlərdə qadınların Yaxın Şərq, Şimali Afrika və Asiyadan olan qaçqınlar tərəfindən cinsi zorakılıqlara məruz qalmaları barədə yayılan xəbərlər Avropanın hər yerində qəzəblə qarşılanıb.

Norveçin Stavanger şəhərindəki “Qəhrəman Kompetens” mərkəzi bu ölkədə sığınacaq istəyən mühacirlər üçün norveç dili və mədəniyyətinin öyrənilməsi üçün kurslar açılıb. Bu kurslara gələn tələbələrin çoxu qadınların azadlığı az olan və ya heç olmayan ölkələrdəndir. “Mənim vətənimdə adətən qadın edvə oturur, yemək bişirir, ev işləri ilə məşğul olur. Mən qadının yerinə qərar verirdim. Lakin Norveçə gələndən sonra gördüm ki, qadın da qərar verə bilər. Mən burada qadınla kişinin bir səviyyədə olduğundan razıyam.” deyə, eritreadan mühacir bildirir.

Tədrisdə ən çox diqqət təcavüzün qarşısının alınmasına yetirilir. “Burada miqrantlara təcavüzün qarşısının alınması və Norveçin əsas ictimai qaydaları öyrədilir” deyə, "Qəhrəman Kompetens” mərkəzindən Linda Heygen bildirir.

Bu iki illik proqram qadınları xaricdən gələn kişilər tərəfindən təcavüzə uğrayan Avropa ölkələrinin diqqətini cəlb edib. Almaniya rəsmiləri belə hallara qarşı sərt tədbirlər görüləcəyini elan edib. Almaniyanın ədliyyə naziri Heiko Maas: “Almaniyada bu kimi cinayətlər törədən xaricilər tez bir zamanda deportasiya ediləcək və onlar qaçqın statusunu itirəcək.”

İnsan və müsəlman haqlarının müdafiəsi qrupları belə addımların əsassız və tələsik olduğunu deyirlər. “Biz qadınların zorakılığa və dikriminasiyaya məruz qaldıqlarının həmişə şahidi olmuşuq. Lakin bu haqda əvvəllər, hazırda mühacirlər barədə olduğu qədər danışılmırdı. Biz bu haqda danışmalıyıq, amma xahiş edirəm gəlin bunu mühacirlərin hesabına etməyək” deyə, Almaniya Müsəlmanlar Şurasının prezidenti Ayman Mazik bildirir.

İsveçrənin baş naziri Stefan Lofven Stokholmdakı musiqi festivalı zamanı miqrantların qadınlara təcavüzü ilə bağlı təhqiqat aparılacağına söz verib. “Qadinlarin təcavüzə məruz qalma problemi təkcə indi deyil, təəssüflər olsun ki, həmişə var. Bu problem uzun illərdir hər yerdə var.”

Köln şəhərində qadınlara xaricilər tərəfindən təcavüz Almaniya boyu anti-mühacir etirazlarına səbəb oldu. Bu həm də dünya boyu qadınlardan sui-istifadə və onların qorunmaması badərə müzakirələrə səbəb oldu.

Show comments

XS
SM
MD
LG