Accessibility links

Cənubi Koreya elektro-texnika nəhəngi Samsung bildirib ki, şirkət daha problemli Galaxy Note 7 smartfonlarını istehsal etməyəcək.

Şirkətin açıqlamasına görə, istehlakçı təhlükəsizliyi maraqları səbəbilə istehsala son qoyulur.

Samsung daha əvvəl bəyanatında Galaxy Note 7-nin bütün qlobal satışlarını dayandırdığını açıqlamış və müştərilərinə bu cihazdan istifadəni dərhal dayandırmağı məsləhət görmüşdü.

Cənubi Koreyanın texnologiya nəhəngi bu problemlə "Note-7"-nin avqust ayında alovlanmasından sonra üzləşib. Elektron şirkətləri sentyabr ayında "Note-7"dəki batareyalarında nöqsan olduğu üçün 2.5 milyon telefon geri çağırıldığını təsdiq etsə də, media xəbərlərində təmir edilən telefonların da yenidən alışdığı bildirilib.

Keçən həftə Southwest Airlines şirkətinin təyyarəsində "Note-7" tüstülənməyə başladığı üçün bütün sərnişinlər evakuasiya edilmişdi.

XS
SM
MD
LG