Accessibility links

Cənubi Koreyanın ən böyük korporasiyası Samsung bildirib ki, şirkət daxilində aparılan təhqiqat ötən il Galaxy Note 7 smartfonlarının alovlanmasına nöqsanlı batareyaların səbəb olduğu nəticəsinə gəlib.

Samsung-un mobil telefonar diviziyasının rəhbəri Koh Donq-jin bazar ertəsi Seulda keçirilən mətbuat konfransında üzr istəyib.

Galaxy Note 7-nin əvəzləyici telefonları da alovlandığına görə, Samsung cihazı bazardan geri çəkməyə məcbur edilmişdi.

Samsung-un bu yaxınlarda yeni telefon çıxaracağı gözlənilir, amma Koh şirkətin yeni telefonu nə zaman təqdim edəcəyi barədə heç bir məlumat vetməyib.

Ötən il Galaxy Note 7 smartfonlarının alovlanması nəticəsində bir neçə insan yaralanıb, bir maşın məhv edilib, bir təyyarə isə evakuasiya edilmişdi.

Təhlilçilər deyir ki, Samsung-un bu probleminə səbəb davamlı batareyalı çox incə telefon yaratmaq istəyidir.

Şirkət yaydığı bəyanatda bu hadisənin bir daha baş verməsinin qarşısı almaq üçün bir sıra tədbirlərin görüldüyünü bildirib və qeyd edib ki, “son bir neçə ay ərzində aldıqları dərslər şirkətin proses və mədəniyyətində öz əksini tapacaq.”

XS
SM
MD
LG