Accessibility links

Növbəti ABŞ prezidentini iqtisadi çətinliklər gözləyir [Video]


Növbəti ABŞ prezidentini iqtisadi çətinliklər gözləyir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Növbəti ABŞ prezidentini iqtisadi çətinliklər gözləyir

Bəzilərinin dediyinə görə, son illərin ən çirkin prezident seçki mövsümündən təngə gəlmiş amerikalılar noyabrın 8-də prezidentlik uğrunda seçki kampaniyası başa çatdıqdan sonra rahat nəfəs ala biləcəklər. Lakin bəzi analitiklər artıq 2016-cı il seçkisindən sonra nələrin baş verəcəyini düşünməyə başlayıb. Noyabrın 8-də kimin qalib gələcəyindən asılı olmayaraq, dünyanın ən böyük iqtisadiyyatını idarə etmək çox çətin olacaq.

Çox sadədir. Seçkilərin nəticələri olur. Seçki prezidentin Amerika xalqı ilə bağladığı kəskin və hazır müqavilədir. Prezident işə alınır və Amerika xalqının onu hansı işləri görmək üçün işə aldığını onun seçki kampaniyası zamanı söylədikləri müəyyən edir.
Bill Galston

Debatlar başa çatıb və artıq amerikalıların növbəti prezidentlərini seçmək zamanıdır. Ancaq namizədlərin bütün fərqliliklərini və qızğın seçki kampaniyası ritorikasını nəzərə alsaq, belə görünür ki, növbəti prezident kampaniya zamanı etdiyi şərhlərlə bağlı açıqlamalar verməli olacaq.

“Çox sadədir. Seçkilərin nəticələri olur. Seçki prezidentin Amerika xalqı ilə bağladığı kəskin və hazır müqavilədir. Prezident işə alınır və Amerika xalqının onu hansı işləri görmək üçün işə aldığını onun seçki kampaniyası zamanı söylədikləri müəyyən edir.”

Bill Klintonun keçmiş müşaviri Bill Qalston deyir ki, əgər seçilsə, Donald Tramp Meksika ilə sərhəddə divar inşa etməyin əsl xərcini açıqlamalıdır. Tramp divarın 12 milyard dollara başa gələcəyini deyir, amma müstəqil hesablamalara görə, bu məbləğin 40 milyard dollara yaxın olacağını təxmin edilir. Tramp divarın xərclərini Meskikanın ödəyəcəyini iddia etsə də, təhlilçilər bu ehtimalın olmadığını deyir.

Eynilə, seçilsə, prezident Hillari Klinton da öz təşəbbüslərini izah etməli olacaq.

“O, ailə siyasətindən bəhs edib. O, böyük infrastruktur proqramından danışıb. O, hərtərəfli immiqrasiya islahatlarını qeyd edib. Amerika xalqı bütün bunlara görə onu məsul tutacaq.”

Problem bu proqramların maliyyələşdirilməsindədir. Bitərəf Məsuliyyətli Federal Büdcə Komitəsinin prezidenti Maya Macqines:

“Məsələn, Donald Tramp Medicare və Sosial Təminat proqramlarında islahat aparmayacağına, Hillari Klinton isə 250 min dollardan az gəlir əldə edən ailələrin vergilərini artırmayacağına söz verib. Qulağa xoş gəlsə də, Klintonun xərclərini qarşılaya bilmək üçün təkcə zənginlərə vergi tətbiq etmək olmaz.”

Hillari Klinton və Donald Tramp
Hillari Klinton və Donald Tramp

Makqines deyir ki, növbəti prezident zəif artan iqtisadiyyat və bəzi irəliləyişlərə baxmayaraq hələ də bir çox amerikalı üçün iş yerlərinin təminatını qeyri-müəyyən buraxan iş bazarı ilə üzləşəcək.

Lakin durğun əmək haqqları və artan gəlir bərabərsizliyinə əlavə olaraq, ən böyük iqtisadi problem artan borc ola bilər ki, bu ilin sonunadək borcun 20 trilyon dollara çatacağı təxmin edilir.

“Hillari Klinton status kvoyu qoruyub saxlayacaq. Donald Tramp isə vəziyyəti daha da pisləşdirəcək. Amma heç birinin bizim istədiklərimizi yerinə yetirmək üçün bir planı yoxdur.”

Makqinesin dediyinə görə, Trampın planı ilə borca 5 trilyon, Hillarinin planı ilə isə 200 milyard dollar əlavə olunacaq. Heç birinin isə borcu azaltmaq planı yoxdur.

Ancaq mübahisələrlə dolu seçki mövsümü və Trampın seçkinin saxtalaşdırılması ilə bağlı iddialarından sonra növbəti ABŞ prezidentinin üzləşəcəyi ən böyük problemlər seçici inamsızlığı və Konqresin durğunluğu ola bilər.

XS
SM
MD
LG