Accessibility links

Növbəti ABŞ prezidentini qütbləşmiş əhalini bir araya gətirmək kimi çətin öhdəlik gözləyir [Video]


Növbəti ABŞ prezidentini qütbləşmiş əhalini bir araya gətirmək kimi çətin öhdəlik gözləyir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Növbəti ABŞ prezidentini qütbləşmiş əhalini bir araya gətirmək kimi çətin öhdəlik gözləyir

Bir çox ekspert xəbərdarlıq edir ki, əhali arasında kəskin qütbləşmə noyabrın 8-də kimin seçilməyindən asılı olmayaraq azalmayacaq

Kəskin şəkildə parçalanmış ABŞ seçiciləri çərşənbə axşamı yeni prezidentlərini seçəcək. Bir çox baxımdan Demokrat Hillari Klinton və Respublikaçı Donald Tramp arasında seçim on illərdir Birləşmiş Ştatlarda artmaqda olan siyasi qütbləşməni xarakterizə edir. Bir çox ekspert xəbərdarlıq edir ki, bu kəskin bölgü noyabrın 8-də kimin seçilməyindən asılı olmayaraq azalmayacaq.

Donald Tramp Amerikada bir çox insanı təhqir edib ki, hətta seçilsə rəqibini həbs edəcəyini söyləyib, Ona görə də məncə Klinton tərəfdarları Trampın prezidentliyinin legitimliyini qəbul etməyəcəklər.
Allan Lixtman

Seçki günündən öncəki son günlərdə Hillari Klinton və Donald Tramp səs toplamaq üçün son addımlarını atırlar və təməl tərəfdarlarının səsvermədə iştirakını təmin etməyə çalışırlar.

Tramp mühüm Florida ştatında güclü çağırışlar edib.

“Biz misli görünməmiş, tarixi dəyişiklik zirvəsindəyik və hakimiyyəti uğursuz siyasi esteblişmentdən alıb, bizim ailələrimiz, icmalarımız və vətəndaşlarımıza, yəni sizə, geri verəcəyik.”

Klinton isə adətən Respublikaçılara səs verən Arizona ştatındakı tərəfdaşları ilə görüşüb.

“Övladlarınız və nəvələriniz 2016-cı ildə nə etdiyinizi soruşduğunda, mən istəyirəm ki, siz “mən daha yaxşı, güclü və ədalətli Amerikaya səs verdim” deyə biləsiniz.

Rspublikaçı strateq Con Fiherinin sözlərinə görə,hər iki namizəd diqqətini təməl tərəfdarlarına yönəldir. Klinton iki dəfə Barak Obamanı seçən koalisiyanı yenidən hərəkətə gətirməyə ümid edir.

O deyir ki, “Demokrat partiyası, liberal, mütərəqqi etnik koalissiyalar partiyasıdır. Respublikaçılar Partiyası isə əsasən mühafizəkar ağdərili seçicilər koalisiyasıdır.”

Klinton və Tramp tərəfdarları
Klinton və Tramp tərəfdarları

Seçki üzrə ekspert Cennifer Loulesin dediyinə görə, əksər seçicilərin partizan baxışlarının olması namizədlərin digər partiyanın üzvlərinin dəstəyini qazanmağını çətinləşdirir.

“Biz artıq elə bir nöqtədəyik ki, özlərini güclü partizan kimi təqdim edən insanlar artıq namizədin cinsiyyəti və ya hər hansı başqa xüsusiyyətinə görə partiya sərhədlərindən kənara çıxırlar.”

Tarixçi Allan Lixtman deyir ki, çərşənbə axşamı çıxan nəticədən asılı olmayaraq, partizan bölgü bitməyəcək.

“Fikrimcə hansı namizədin qalib gələcəyindən asılı olmayaraq, siyasi qütbləşmə daha da pisləşəcək,” deyə o bildirir.

Lixtman bir çox Demokratın Trampın qələbəsini çətin qəbul edəcəyinə inanır.

Demokrat partiyası, liberal, mütərəqqi etnik koalissiyalar partiyasıdır. Respublikaçılar Partiyası isə əsasən mühafizəkar ağdərili seçicilər koalisiyasıdır.
Con Fiheri

“Donald Tramp Amerikada bir çox insanı təhqir edib ki, hətta seçilsə rəqibini həbs edəcəyini söyləyib, Ona görə də məncə Klinton tərəfdarları Trampın prezidentliyinin legitimliyini qəbul etməyəcəklər.”

Lakin Klintonun qələbəsi də Tramp tərəfdarları arasında antaqonizm yaradacaq, deyə Skot Folkner bildirir.

“O, tamamilə səmimiyyətsiz və əsas partiyanın namizədliyinə nominasiya edilən ən rüşvətxor və riyakar insanlardan biridir.”

Tarixçi Li Edvardsın sözlərinə görə isə, ən böyük məsələ seçkidə qalib gələn insanın ölkəni bir araya gətirə bilib-bilməyəcəyidir.

“Onlar seçicilər arasındakı bu boşluğu bağlamağa və insanları bir araya gətirməyə çalışmalıdırlar. Bu iş onlara həvalə ediləcək, çünki əvvəl-axır onlardan biri bütün Amerika xalqının prezidenti olacaq.”

Ölkədə on illərdir mövcud olan kəskin fərqlilikləri nəzərə alaraq, belə görünür ki, ziddiyətli seçkidən sonra ölkəni bir araya gətirmək növbəti prezidentin üzləşəcəyi ən böyük siyasi öhdəlik olacaq.

XS
SM
MD
LG