Accessibility links

Novella Cəfəroğlu: 101 məhbusun ailələrinə qovuşması yaxşı addımdır [Audio-Müsahibə]


Azərbaycan prezidentinin məhbusların əvfinə dair fərman imzalaması hüquq müdafiəçisi Novella Cəfəroğlu tərəfindən müsbət dəyərləndirilib. O, bu kimi addımların, xüsusilə də Novruz bayramı ərəfəsində 101 nəfər məhbusun ailələrinə qovuşmasını yaxşı addım kimi qiymətləndirib.

Azərbaycanda siyasi məhbusların azadlığı ilə bağlı yaradılan İnsan Haqları üzrə Birgə Qrupun NİDA-çılar, İlqar Məmmədov, Tofiq Yaqublu və adları siyasi və vicdan məhbusu siyahısında olan digər bütün şəxslərlə bağlı əfv komissiyasına təqdim edilən siyahı üzrə 5 nəfərin həbsdən azad edildiyini bildirib.

Çalışacağıq ki, may ayınadək bizdə siyahıda olan bütün məhbsular azadlığa buraxılsınlar.

Novella xanım burada Orxan Eyyubzadə, Bəşir Süleymanlı, iki hicab məhbusu və məhkəməsinin qeyri-ədalətli keçirildiyi hesab edilən 4 uşaq anası Şəhla Muxtarovanın yer aldığını deyib.

Hüquq müdafiəçisi əfv fərmanının Avropa Oyunlarına münasibətin müəyyənləşməsinə təsir göstərəcəyinə dair fikirlərlə razılaşmadığını və dünyada baş verən digər mühüm siyasi hadisələrə görə bunu oyunlarla əlaqələndirmədiyini bildirib.

Bəşir Süleymanlı

Bəşir Süleymanlı

O, Avropa oyunları başlamazdan əvvəl Azərbaycanda siyasi məhbus məsələsinin bitməsini istədiyini deyib.

Novella Cəfəroğlu bütün siyasi məhbusların evlərinə qayıtmasına nail olunmasına dair arzusunu dilə gətirərək, gələn aylar ərzində prezidentə müraciət ediləcəyini deyib.

XS
SM
MD
LG