Accessibility links

ABŞ səfirinin iqamətgahında Novruz şənliyi [Video & Fotoqalereya]


Robert Sekuta ümid edir ki, bu bahar ABŞ-Azәrbaycan әlaqәlәrinә yeni nәfәs gәtirәcәk

Amerikanın Azәrbaycandakı sәfirinin iqamәtgahında Novruz şənliyi təşkil edilib. Səfirin iqamətgahı Azərbaycan xalçaları, Novruz xonçaları ilə bəzədilib. Xalçaların üzərində qədim misgərlik nümunələri və baharın rəmzi səməni düzülüb.

Novruz atributlarını yeni səfir Robert Sekuta da davam etdirib. O, yumurta döyüşdürüb.

Amerika səfiri bildirib ki, Novruz yeni həyat, yenilәnmә, canlanma bayramıdır.

"Ümid edirәm ki, bu bahar ABŞ-Azәrbaycan әlaqәlәrinә yeni nәfәs gәtirәcәk, əlaqәlәrimizin inkişafına tәkan verәcәk".

Səfirin qısa çıxışından sonra şənlik rəqs və musiqi ilə davam etdirilib. Səfir Sekuta da hamı ilə birgə tonqal üzərindən atlanıb.

XS
SM
MD
LG