Accessibility links

Azərbaycanda Novruz bayramıdır [Video & Fotoqalereya]


Ənənəvi bayram ictimai şənliklərlə qeyd edilir

Martın 20-də Bakı vaxtı ilə saat 15:02-də Azərbaycana bahar gəlib. Martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günüdür.

Ölkə boyu bütün parklarda, meydanlarda təntənə ilə Novruz şənlikləri keçirilir. İnsanlar ictimai gəzintilərə çıxıb, şənliklərdə fəal iştirak edir. Novruz şənliklərində iştirak üçün Azərbaycana çoxsaylı ölkələrdən, əsasən də Türkiyə və İrandan minlərlə turist gəlir. İranda yaşayan azərbaycanlılar isə bayramı daha çox Azərbaycanda qarşılamağı sevir.

Azərbaycan Respublikasında Novruz rəsmi bayramlar sırasına daxildir. Ölkədə martın 27-dək iş yoxdur.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

XS
SM
MD
LG