Accessibility links

Novruz Məmmədov: Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazıb.

N.Məmmədov deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir.

"Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir.

Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır", o qeyd edib.

XS
SM
MD
LG