Accessibility links

Prezident Administrasiyasının rəsmisi ABŞ-ın ATƏT-dəki missiyasının rəhbərinə cavab verib


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri, səfir Daniel Bayerin AzadlıqRadiosunun bağlnanması ilə bağlı fikirlərindən narazıdır.

Məmmədov etirazını 4 dildə Twitter səhifəsində yazıb. O hesab edir ki, cənab Bayer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.

”Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itirib. Belələrindən biri cənab Bayer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur”, Məmmədov bildirib.

Bununla yanaşı Prezident Adminsitrasiyasının rəsmisi D.Bayerə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olmasını məsləhət görüb.

Görünür bununla Məmmədov dinləmələrdə Amerikada insan haqlarının pozulması ilə bağlı deyilən məqamları xatırlatmaq istəyir.

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer tvvitter hesabında AzadlıqRadiosunun ofisində reyd və qapılarının möhürlənməsinə münasibət bildirib. “Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsiyalı hökumətlərin və liderlərin davranışıdır", o qeyd edib.

XS
SM
MD
LG