Accessibility links

Novruz Məmmədov: Təzyiqlərə məruz qalırsansa deməli ölkə düzgün yolla irəliləyir


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

“Əgər kiçik müsəlman ölkəsisənsə və zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur. Müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə bu qeyri-mümkün olur. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr üzrə şöbə müdiri Novruz Məmmədov Twitter hesabında yazıb.

“Amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa deməli ölkə düzgün yolla irəliləyir”, o qeyd edib.

Ehtimal etmək olar ki, N.Məmmədov bu yazısı ilə Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı beynəlxalq təqnidlərə işarə edir. Eyni zamanda o Azərbaycanın düzgün yolla dava etdiyini deyəndə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbus kimi tanınan şəxslərin həbsini, QHT-lərin fəaliyyətini dayandırlmasını, jurnalistlərin həbsini nəzərdə tutduğu anlamına gəlmək olur.

Hazırda yerli və beynəlxalq təşkilatlar ölkədə 80 nəfər siyasi və 20-dən çox vicdan məhbusu olduğunu bildirir.

XS
SM
MD
LG