Accessibility links

Novruz Məmmədov: Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Avropa İttifaqının (Aİ) bəzi strukturlarıyla birlikdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, “biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır. Bu barədə Prezident administrasiyasının rəhbər müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında yazıb.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir.

“İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər”, o qeyd edib.

Məmmədovun qənaətincə, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur.

“Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər”, Prezident Administrasiyasının rəhbər müavini bildirib.

XS
SM
MD
LG