Accessibility links

Azərbaycanda Novruz bayramı qeyd edilir


Novruz nemətləri
Novruz nemətləri

Bu gün saat 20.57-də ölkəyə yaz gəlir

Bu gün, martın 20-də yerli vaxtla saat 20.57 dəqiqədə Azərbaycana yaz gəlir.

Yazın gəlişi ilə Azərbaycanda Novruz bayramı başlayır. Novruz bayramı həm dövlət, həm də ümumxalq səviyyəsində geniş qeyd edilir. Bayram günləri martın 20-dən 27-dək ölkədə iş günü deyil.

Ölkə boyu Novruz şənlikləri başlayıb. Azərbaycan prezidenti, Milli Məclisin deputatları, hökumət üzvləri bayram şənliklərinə qatılıb.

Prezident Əliyev və müxalifət liderləri bayram münasibəti ilə xalqa təbrik ünvanlayıb.

Prezident Əliyevin təbrikində deyilir ki, Azərbaycanla birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaş ölkənin hüdudlarından uzaqlarda qarşılayır. “Həmrəyliyimizin rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin”, president qeyd edir.

Novruz bayramı yer kürəsinin şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir.

Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan,
Özbəkstanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG