Accessibility links

Cahangir Novruzov: `İncəsənət dövlətin, cəmiyyətin vitrinidir` [Audio]

  • Nərminə Cəlalqızı

Adana univetsitetinin professoru Cahangir Novruzov Amerikanın Səsinə müsahibəsində Türkiyədəki müəllimlik fəaliyyətindən danışır




Vaxtilə Azərbaycanın Gənc Tamaşaçılar Teatrının baş rejissoru, hal-hazırda Adana univetsitetinin professoru Cahangir Novruzov Amerikanın Səsinə müsahibəsində Türkiyədəki müəllimlik fəaliyyətindən danışır.

Cahangir Novruzov Azərbaycanda müstəqilliyin bərpasından sonra Azərbaycanda dərs deyən, Kayseri universitetinin rektoru, professor-doktor Mehmet Şahin bəyin universitetində işləmək üçün Azərbaycandan mütəxəssislər dəvət etdiyini dedi. Cahangir müəllim Məhmət Şahinlə bir neçə dəfə görüşündən sonra ondan dəvət aldığını və 1995-ci ildə Türkiyəyə getdiyini bildirdi.

İki il Kayseridə işlədikdən sonra Cahangir müəllim Adana universitetində açılan teatr bölümündə işləmək üçün dəvət aldığını və artıq 15 ildir orada işlədiyini dedi. Cahangir Novruzov onunla birlikdə Adana universitetində işləyən Azərbaycanın görkəmli sənət ustalarının da adlarını çəkdi.

Cahangir Novruzov Türkiyədə 3-4 il qalmağı planlaşdırmasına baxmayaraq, Türkiyədə onun sənətinə verilən qiymətə, iş yoldaşlarının, ümumiyyətlə türk xalqının ona münasibətinə görə bu ölkədə yurd salamğa qərar verdiyini dedi. Cahangir müəllim yüzdən artıq məzununun olduğunu və onlardan çoxunun məşhurlaşdığını, onlarla qürur duyduğunu dedi.

Azərbaycana gədikdə isə Cahangir müəllim Sovet İttifaqı dağılandan sonra vətəni Azərbaycana dəyən zərbələrdən, Qarabağdan danışdı və bu məsələnin hamı kimi onun üçün də ağrılı məsələ olduğunu dedi. Cahangir müəllim o dövrdə əsas zərbənin Azərbaycan mədəniyyətinə dəydiyini dedi. Lakin o, Azərbaycanın bu gün iqtisadiyyatı ilə yanaşı, mədəniyyəti ilə də tanındığını fərəh hissi ilə qeyd etdi.

O, Azərbaycan xalqının, azərbaycan dövlətinin onun biliyinə, bacarığlına ehtiyacı olarsa, o zaman vətənə qayıdacağını dedi.
XS
SM
MD
LG