Accessibility links

Noyabrda ABŞ-da işsizlik 8.6 faizə düşüb

  • Amerikanın səsi

Noyabrda ABŞ-da işsizlik 8.6 faizə düşüb

Noyabrda ABŞ-da işsizlik 8.6 faizə düşüb

ABŞ prezidenti Barak Obama ümummilli işsizlik göstəricilərinin aşağı düşməsindən məmnun olduğunu bildirib. Konqres vergi endirimlərini və işsizlik müavinətlərinin verilmə müddətini uzatmadığı tədqirdə ABŞ lideri iqtisadiyyata "ağır zərbə" dəyəcəyi haqda xəbərdarlıq edib.

Əmək Nazirliyi noyabrda işsizliyin 8.6 faizə düşdüyünü elan edib. Bu, son iki ildə işsizlik üçün ən aşağı göstəricidir. Rəqəmlər ABŞ iqtisadiyyatınln ötən ay ərzində 120,000 iş yeri əlavə etdiyini göstərir.

ABŞ səhmləri Əmək Nazirliyinin açıqlamasından sonra qalxıb.

XS
SM
MD
LG