Accessibility links

İnquşetiya respublikasında polis məntəqəsinə bomba hücumu edilib

  • Nərminə Cəlalqızı

Hadisə zamanı iki polis işçisi qətlə yetirilib

Rusiya rəsmilərinin bildirdyinə görə, İnquşetiya respublikasında intiharçının həyata keçirdiyi bomba hücumu azı iki polis zabitinin ölümünə, digərinin isə yaralanmasına səbəb olub. Rəsmilər hücumun bu gün paytaxt Maqasdan 20 km şimaldakı Qarabulaq şəhərinin polis məntəqəsini hədəf aldığını bilıdirmişlər. İkinci partlayışın isə 4 saat sonra polis məntəqəsinin yerləşdiyi binanın yaxınlığında baş verdiyi və bir maşını sıradan çıxardığı xəbər verilir. Hadisələr zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

XS
SM
MD
LG