Accessibility links

İnquşetiyanın yüksək vəzifəli rəsmisinin maşını bomba hücumuna məruz qalıb


İnquşetiyanın yüksək vəzifəli rəsmisinin maşını bomba hücumuna məruz qalıb

İnquşetiyanın yüksək vəzifəli rəsmisinin maşını bomba hücumuna məruz qalıb

Partlayış zamanı sürücü yaralanıb

Rusiyanın Şimali Qafqaz üzrə səlahiyyətli rəsmiləri İnquşetiyada yüksək vəzifəli rəsminin maşınının bomba hücumuna məruz qaldığını bildirirlər. Partlayış zamanı daxili işlər naziri vəzifəsini icra edən Beslan Şadiyevin sürücüsü yaralanıb.

Sui-qəsdin hədəfi bazar olan Şadiyevin bazar ertəsi Nazran şəhərində baş verən partlayış zamanı maşında olmadığı deyilir. Rusiyanın İnterfax xəbər agentliyi sürücünün xəstəxanaya aparıldığını bildirib.

Son zamanlar Rusiyanın İnquşetiya və qonşu Dağıstan respublikalarındakı yaraqlılar tərəfindən bomba və silahlardan hücumlar intensivləşib. Yaraqlıların əsas hədəfi yerli hökumət işçiləri və təhlükəsizlik qüvvələridir.

XS
SM
MD
LG