Accessibility links

ABŞ-da dövlət məlumatını oğurlayan şəxs həbs olunub


.
.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən Milli Təhlükəsizlik Agentliyinin podratçısı təşkilata məxsus məxfi məlumatları götürdüyü üçün həbs edilib.

Martin günahkar bilinərsə, onu xüsusi məlumatları əldə etdiyi üçün bir il, dövlət mülkiyyətini oğurladığı üçünsə 10 ilədək həbs gözləyir.

51 yaşlı Harold Tomas Martin avqust ayının sonunda həbs olunub. Yayılan məlumatda deyilir ki, Martin bundan öncə dövlət tərəfindən yoxlanılmışdı.

The New York Times qəzetinin yazdığına əsasən Martin Rusiya, Çin, İran və Şimali Koreya hökumətlərinin kompyuter sisteminə daxil ola bilməsi üçün Milli Təhlükəsizlik Agentliyindən xüsusi kodları oğurlamaqda şübhəli bilinir. O, dövlət podratçısı Booz Allen Hamilton şirkətində işləyirdi.

Milli Təhlükəsizlik Agentliyinin (NSA) podratçısı Edurad Snouden ABŞ sirlərini yayan sonuncu əhəmiyyət kəsb edən şəxs olub.
Milli Təhlükəsizlik Agentliyinin (NSA) podratçısı Edurad Snouden ABŞ sirlərini yayan sonuncu əhəmiyyət kəsb edən şəxs olub.

Ədliyyə Nazirliyi Martinin oğurladığı məlumatlardan istifadə edilib-edilmədiyi ilə bağlı açıqlama verməyib. Məlumatlar Martinin evində axtarış aparılan zaman müəyyən edilib.

Martin günahkar bilinərsə, onu xüsusi məlumatları əldə etdiyi üçün bir il, dövlət mülkiyyətini oğurladığı üçünsə 10 ilədək həbs gözləyir, deyə Ədliyyə Nazirliyi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG