Accessibility links

İnsan enerjisi ilə mobil telefonların batareyasını yükləmək olacaq (audio)

  • Amerikanın səsi

İnsan enerjisi ilə mobil telefonların batareyasını yükləmək olacaq (audio)

İnsan enerjisi ilə mobil telefonların batareyasını yükləmək olacaq (audio)

Viskonsin universitetində alimlər insan enerjisini toplayaraq mobil telefon, laptop və naviqasiya sistemi kimi cihazların işləməsində istifadə üçün yollar araşdırıllar. Nature Communications jurnalında təsvir edilən cihaz sadəcə yeriməklə işləyə bilir. Elektrik mühəndisi professor Tom Krupenkin və onun Viskonsin universitetində çalışan həmkarları əsasən üzərimizdə gəzdirdiyimiz elektron cihazlardakı bahalı və havanı çirkləndirən batareyalardan asılılığımızı azaltmaq üçün insan enerjisinə üz tutublar.

Tom Krupenkin: `Biz, insanlar əslində çox qüvvətli maşınlarıq`

İnsan enerjisi ilə mobil telefonların batareyasını yükləmək olacaq (audio)

İnsan enerjisi ilə mobil telefonların batareyasını yükləmək olacaq (audio)

Krupenkinin sözlərinə görə sadəcə qaçmaqla insanlar bir kilovata qədər enerji yaradırlar.

Tom Krupenkin: `Beləliklə biz o enerjinin çox az qismini götürərək elektrik enerjisinə çevirməklə iki valt gücə malik mobil telefon kimi elektrik cihazlara yükləyə bilərik. `

Krupenkin və onun həmkarları enerji toplayan cihazı ayaqqabının içərisinə yerləşdirir və orada cihaz insan hərəkətini toplayaraq elektrikə çevirir. Cihazın tərkib hissələrindən biri enerji toplayandır. Bu tərkib hissə maye ilə dolu minlərlə zərrəciyin yerləşdiyi iki kiçik kameradan ibarətdir və insan yeriyərkən bu kiçik mayə zərrəciklər hərəkət edir.

Tom deyir ki, toplanmış enerji bir başa elektrik enerjisinə çevrilir və sonra əldə edilmiş enerji mobil telefonlarda istifadə etdiyimiz təkrarən yüklənə bilən batareyalara yerləşdiriləcək. İnsan enerjisi ilə işləyən mobil telefonlar əlbətdə simsiz olacaq.

Enerji mobil telefona ayaqqabının içərisinə yerləşdirilmiş və bluetooth simsiz texnologiyaya bənzər mobil ötürücü vasitəsi ilə ötürülür. Tom Krupenkinin sözlərinə görə ən-ənəvi batareyalardan fərqli olaraq kredit kart ölçüsündə olan yeni texnologiya cihazların yenidən yüklənmədən uzun müddət işləməsinə imkan verir. İnsan yeriməyə başlayarkən cihaz mobil telefonu enerji ilə yükləmək üçün kifayət qədər enerji istehsal edir.

Krupenkin cihazın ən-ənəvi batareyaları əvəz edəcəyini deyil, onlardan asılılığı azaldacağını gözlədiyini deyir. Elə bir sistem yaradacayıq ki, daima istifadə üçün hazır olacaq. O deyir ki, həmin texnologiyadan mobil telefon, lapto, kompyuter kimi cihazların işləməsində istifadə etmək olacaq.

XS
SM
MD
LG