Accessibility links

İnsan alveri


İnsan alveri
İnsan alveri

Amerika fermalarının birində çalışan, onu ölkəyə qacaq gətirən şəxsə ömür boyu pul ödəməyə məcbur mühacir işçi, Nepal fahişəxanasından gənc qız, Haitidə uşaq qulluqçu. İnsan alveri qurbanlarının siması fərqli olsa da, problemlərini eynidir.Dünyada quldarlıqla mübarizə aparan səfir Luiz Sdebakanın dediyinə görə, insan alveri daxili problem olduğu qədər beynəlxaqldır.Hazırda Amerikada bu problemə, xüsusilə azyaşlı fahişəlik probleminə ciddi diqqət yetirilir. ABŞ Dövlət Departamentinin illik hesabatları buna əjani bir misaldır.

İnsan alveri qurbanları müxtəlif yerlərdəndir. Onların çoxu ABŞ-a öz ölkələri tərəfindən gətirilib. Hazırda Amerikalarda bu cinayətə əl atanların kimlər olduğu araşdırılır.İnsan qacaqmalçılığı ilə mübarizə aparan Agentliklərarası təşkilat vətəndaş cəmiyyəti və korporasiya sektoru da daxil edilməklə, federal və ştat səviyyəsində bu insanlara yardım proqramlarını genişləndirir.

Təlimlər və agentliyin əməkdaşlığı ilə ABŞ hökuməti insan alveri qurbanlarının azad edilməsi yolları üzərində işləyir. Amerika hökuməti müxtəlif qurumlarla yaxından əməkdaşlıq etməklə, informasiya mübadiləsi və beynəlxalq, habelə ölkə miqyasında bu cinayətə əl atanların məsuliyyətə cəlb edilməsinə çalışır.

ABŞ dövlət kativi Hillari Klinton deyib ki, quldarlığın milyonlarla qurbanının yalnız 50 mini rəsmən qurban kimi tanınır. Qalanlarına ya əhəmiyyət verilmir, ya da daha pis, cinayətkar münasibəti göstərilir. “İnsan qaçaqmalçılığı qurbanları müəyyən edilib, sıralarımıza qoşulmalıdır”-deyə o bildirib.

XS
SM
MD
LG