Accessibility links

Bakıda İnternet İdarəçiliyi Forumu açılıb


İnternet İdarəçiliyi Forumu_logo

İnternet İdarəçiliyi Forumu_logo

Forumda 100-dən çox ölkədən 1500-dən çox nümayəndə iştirak edir. Prezident Əliyev deyib: “Azərbaycanda internet azadlığı mövcuddur”.

Bakıda 7-ci İnternet İdarəçilik Forumu (İİF) işə başlayıb. Forumda 100-dən çox ölkədən - hökuməti, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə iştirak edir. Onlar İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə edəcək.

Hər il keçirilən Forumun bu ilki iclası “Bakı Expo” Sərgi və Toplantı Mərkəzində baş tutacaq və forumun əsas mövzusu belədir: “Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternet idarəçiliyi”. İnkişaf naminə İnternet idarəetmə (IG4D) məsələsi 2012-ci İİF-in gündəliyində duran əsas məsələ hesab edilir. Nümayəndələr inkişafa birbaşa aidiyyəti olan qlobal səviyyədə İnternet idarəçiliyi məsələlərini və yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsini araşdıracaq və bununla bağlı müzakirələr aparacaq. Bu müzakirələr, seminarlar və debatlar İP (Mühüm İnternet mənbələri) protokolunun yayılması və istifadəsi, habelə resurslara çıxış imkanı və müxtəlifliklə bağlı yeni siyasətlərlə İnternetin potensial faydalarından hər kəsin yararlanmasını necə təmin etmə kimi məsələlər üzərində qurulacaq.

Forumun keçirildiyi Bakı Sərgi Mərkəzində həm də “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb.

Sərgidə ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Fransa, Xorvatiya, İsrail, Sloveniya və Kanada isə sərgidə milli qruplar ilə təmsil olunub. Sərgidə yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları, servis şirkətləri də öz məhsullarını və xidmətlərini nümayiş etdirirlər.

Azərbaycan prezidenti bu gün sərgi ilə tanış olub .

Dövlət başçısının VII İnternet İdarəçilik Forumunun iştirakçılarına təbrikində isə deyilir ki, insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir.
“İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır”.

Prezident deyib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən 65 faizi internet istifadəçisidir, ən yeni texnologiya – 4G artıq tətbiq edilir.

“Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Biz internetin insanlar və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyətini dəstəkləyirik”, prezident qeyd edib.

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo deyib ki, “biz hər gün texnologiyanın bəşəri, iqtisadi və sosial inkişafla bağlı göstərdiyimiz səylərə verdiyi faydaları görürük. Əlbəttə, məhz bu texnologiya həm də bir çox problemləri meydana çıxarıb. Bu problemlər bütün maraqlı tərəflər cəlb olunmaqla əhatəli və birgə şəkildə həll edilməlidir. İnternet İdarəçilik Forumu maarifləndirmə, müzakirələrə təşəbbüs göstərmə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması yollarının müəyyən edilməsi və siyasətin işlənib hazırlanma prosesləri barədə məlumatların verilməsi üçün ideal bir məkandır”.

İİF çərçivəsində keçiriləcək bir sıra seminarlarda təhlükəsizlik, şəffaflıq və toxunulmazliq məsələlərinə – bu əsas siyasi məqamları əlaqələndirən İİF-nin özünəməxsus perspektivinə nəzər salınacaq. Seminarların bəzilərində isə süzgəcdən keçirmə, bloklaşdırma və fərdlərin, qrupların və ya bütünlükdə ölkələrin İnternetə çıxışını kəsmək görülən tədbirlərin təsiri kimi məsələlər müzakirə olunacaq. Bu iclas söz azadlığının qorunması və innovasiya üzrə keçən ilki müzakirələrin davamı olacaq. Forumda, həmçinin, İnternet vasitəsilə birləşən dünyada ənənəvi və yeni medianın, habelə peşəkar və vətəndaş jurnalistlərinin rolu araşdırılacaq.

Bu ilki İİF-də bəzi debatlar əqli mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq hökümət məlumatları və bədbəxt hadisələrin törətdiyi fəsadların aradan qaldırılmasında İnternetdən istifadə kimi mühüm məsələlər ətrafında olacaq. Çoxtərəfli model, İİF-nin inkişaf etdirilməsi, milli və regional İİF-lərin xüsusiyyətləri “Dəyərləndirmə və irəliyə yol” mövzusu altında digər müzakirə obyektləri olacaq.

Forumun mühüm bir mövzusu İnternet idarəçiliyi sahəsində potensialın inkişaf etdirilməsi olacaq. İştirakçılar digər məsələlərlə yanaşı, İnternet idarəçiliyinin çoxtərəfli modelinin inkişaf etdirilməsində potensialı inkişaf etdirmə işinin əhəmiyyətini və İİF üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etmə və məlumatlandırma məqsədini daşıyan potensialı inkişaf etdirmə üzrə yaxşı təşkil olunmuş və əlaqələndirilmiş tədbirləri də əhatə etmənin mümkünlüyünü araşdıracaq.

Siyasətləri müəyyənləşdirən dialoq İnternet Idarəçilik Forumu qərar verən orqan deyil, bu forum tərəfindən İnternetlə bağlı dövlət siyasəti məsələlərində bütün nümayəndələrin bərabər olduğu dialoq məkanıdır. Forumun yekununda razılaşdırılmış bir nəticə əldə edilməsə də, İnternet Idarəçilik Forumu həm dövlət, həm də özəl sektorlarda siyəsəti müəyyənləşdirmə səlahiyyətinə malik olan tərəfləri məlumatlandırır və stimullaşdırır.

İİF 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsində təsis edilib.
XS
SM
MD
LG