Accessibility links

İnternetdə plüralizm mövzusunda Cənubi Qafqaz konfransı keçirilir


İnternetdə plüralizm mövzusunda Cənubi Qafqaz konfransı keçirilir
İnternetdə plüralizm mövzusunda Cənubi Qafqaz konfransı keçirilir

Konfransda ATƏT məkanında İnternetin tənzimlənməsi, müstəqil tənzimləyici orqanların İnternetdə plüralizmin inkişafına yardımında rolu məsələlərinə baxılır. Cənubi Qafqazda KİV və söz azadlığına xüsusi diqqət yetirilir.

Turan Agentliyinin məlumatına görə, cümə axşamı Tbilisidə KİV-in “Plüralizm və İnternetin idarə olunması” mövzusunda səkkizinci Cənubi Qafqaz konfransı açılıb. İki günlük konfrans ATƏT-in dəstəyi ilə keçirilir.
ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç qeyd edib ki, ATƏT məkanında, xüsusən Cənubi Qafqazda hökumətlərin İnternet azadlığını qəbul etməməsi fonunda mövzu çox aktualdır.
Konfransda ATƏT məkanında İnternetin tənzimlənməsi, müstəqil tənzimləyici orqanların İnternetdə plüralizmin inkişafına yardımında rolu məsələlərinə baxılır. Cənubi Qafqazda KİV və söz azadlığına xüsusi diqqət yetirilir.
Gürcüstanın rəsmi dairələrinin nümayəndələri dövlətin İnternetdə plüralizmin inkişafı üzrə qayğısından danışıb. Lakin Gürcüstan jurnalistləri bunu təsdiq etməyib.
Cənubi Qafqaz ölkələrində beynəlxalq araşdırmaların ümumi nəticələrinə görə, burada hökumətlər müxtəlif səviyyədə İnternet mediaya nəzarət etməyə çalışır.
Xanım Miyatoviç qeyd edib ki, bu, onların ATƏT qarşısındakı öhdəliklərinə ziddir.
Günün birinci yarısında həmçinin Britaniyanın Internet Watch Fondunun sədri İv Salomonun və Guardian qəzetinin veb-saytının rəhbəri Georgina Henrinin məruzələri dinlənilib.
Cənab Salomon təmsil etdiyi fondun İnternetdə uşaq pornoqrafiyasına qarşı mübarizədə polislə əməkdaşlıq təcrübəsindən danışıb. Georgina Henri jurnalistlərə Guardian qəzetinin ənənəvi çap versiyasından virtual versiyaya keçiddə qabaqcıl təcrübəsindən bəhs edib. Hər iki halda onlar Qafqaz reallıqlarından o qədər uzaq idi ki, onların özünütənzimləmə və transformasiya təcrübəsi hər gün ifadə azadlığı və dövlətin təzyiqi şəraitində fəaliyyətlərini davam etdirmək uğrunda mübarizə aparan Azərbaycan, Ermənistan və Gürcüstan jurnalistləri üçün fantastik göründü.
Günün ikinci yarısında konfrans iştirakçıları Cənubi Qafqaz ölkələrindən İnternetin tənzimlənməsi mövzusunda müzakirələri davam etdirib. Əsas məruzəçilər Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşlarıdır.

XS
SM
MD
LG