Accessibility links

İntiharçılar əfqan polis bölməsini partladıblar


İntiharçılar əfqan polis bölməsini partladıblar

İntiharçılar əfqan polis bölməsini partladıblar

Əfqanıstan rəsmiləri bildirirlər ki, polis uniforması geymiş iki intiharçı ölkənin şərqində inzibati polis idarəsində özlərini partladaraq ən azı dörd polis zabitinin ölümünə və başqa bir neçə adamın yaralanmasına bais olublar. Rəsmilər şənbə günü hücumunun Paktika vilayətində baş verdiyini deyir. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Röyters xəbər agentliyi Taliban sözçüsünə istinadən xəbər verir ki, intiharçılar polis qərargahında təlim almışdılar. Əfqanıstanın şərqindəki Nanqarhar vialyətində əfqan və koalisiya qüvvələri ən azı 15 qiyamçını öldürüblər. Təhlükəsizlik qüvvələri Taliban liderini axtararkən evə yaxınlaşdıqları zaman onlara atəş açıldıqdan sonra atışma başlanıb.

XS
SM
MD
LG