Accessibility links

İntiharçılar Suriya təhlükəsizlik qüvvələrinə hücum ediblər

  • Amerikanın səsi

İntiharçılar Suriya təhlükəsizlik qüvvələrinə hücum ediblər

İntiharçılar Suriya təhlükəsizlik qüvvələrinə hücum ediblər

Suriya dövlət televiziyası paytaxt Dəməşqdə qoşa hücumlar nəticəsində 30 adamın öldüyünü, 100 adamın yaralandığını bildirir.

İki intiharçı bombalarla doldurulmuş maşınları dövlət təhlükəsizlik binalarına çırparaq hökumət qüvvələrini böyük itkilərə məruz qoyublar. Şahidlər paytaxtın Kfar Suseh rayonunda baş verən partlayışlardan sonra şiddətli atəş səslərinin gəldiyini xəbər veriblər.

Suriya rəsmiləri hücumlara görə Əl-Qaida militantlarını günahlandırırlar. Suriya hökuməti bir qayda olaraq demokratiya tələbi ilə çıxış edən nümayişçilərə basqıları “terrorçulara qarşı mübarizə” kimi qələmə verir. Bu gün baş vermiş hücumlar Suriya hökumətinə qarşı həyata keçirilən ilk intiharçı əməliyyatlarıdır.

Bu arada müxalifət partiyaları bütün ölkə boyu Ərəb Liqasının müşahidəçi missiyasına qarşı etiraz aksiyalarına və tətilə səsləyiblər. Müxalifətçilər deyirlər ki, müşahidəçilərin ölkəyə gəlməsindən sonra Suriya hökuməti basqıları daha da şiddətləndirib. Təkcə bazar ertəsindən bəri Suriyada 250 adamın öldürüldüyü deyilir.

XS
SM
MD
LG