Accessibility links

Çin İrana dair iki istiqamətdə aparılan strategiyanı dəstəkləyir


Çin İrana dair iki istiqamətdə aparılan strategiyanı dəstəkləyir

Çin İrana dair iki istiqamətdə aparılan strategiyanı dəstəkləyir

Çin Xarici İşlər nazirliyinin sözçüsü Tsianq Yu deyib ki, Çin İranla dialoqun davam etdirilməsini istəyir, lakin diplomatiya baş tutmasa, sanksiyaların mümkün tətbiqinə dəstək verəcək

Çin bildirir ki, rəsmi Pekin BMT-nin İranın nüvə sahəsində həssas fəaliyyəti ilə əlaqədar iki istiqamətdə apardığı strategiyanı dəstəkləyir.

Xarici İşlər nazirliyinin sözçüsü Tsianq Yu deyib ki, Çin İranla dialoqun davam etdirilməsini istəyir, lakin diplomatiya baş tutmasa, sanksiyaların mümkün tətbiqinə dəstək verəcək. Bununla belə sözçü əlavə edib ki, Çin təkcə təzyiq və sankiyalarla İranın mübahisəli nüvə proqramı ətrafında yaranmış beynəlxalq qarşıdurmanın həll olunacağına inanmır.

İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün Çinin ABŞ-ın başçılığı ilə yeni sanksiyarlara dəstək verəcəyilə bağlı şübhələrini ifadə edib. O deyib ki, İran Çin Xarici İşlər nazirliyinin sözçüsünün açıqlamalarını başqa şəkildə qəbul edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG