Accessibility links

BMT Baş katibi İranı nüvə proqramına aydınlıq gətirməyə çağırıb


Ban Ki Mun deyib ki, İranın üzərinə düşən əsas məsuliyyət nüvə proqramı ilə bağlı şübhələr və narahatlıqlara aydınlıq gətirməkdən ibarətdir

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, İranın üzərinə düşən məsuliyyət nüvə proqramı ilə bağlı şübhələr və narahatlıqlara aydınlıq gətirməkdən ibarətdir.

Cənab Ban İran prezidenti Mahmud Əhmədinejadı məsələyə konstruktiv yanaşmağa və Beynəlxalq Atom Enerjisi agentliyinin nüvə yanacağına dair açıqladığı təklifləri qəbul etməyə təşviq edib. BMT Baş katibi Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə həsr edilmiş bir ay sürəcək konfransın açılışında danışıb.

Bundan öncə İran prezidenti Mahmud Əhmədinejad İranın nüvə tərksilahına dair təkliflərinin praktik və ədalətli olacağını deyib.

ABŞ Dövlət katibi Hillari Klinton bazar günü deyib ki, İran lideri diqqəti ölkəsinin silahların yayılmaması haqda müqaviləyə əməl etmədiyi məsələsindən yayındırmağa çalışacaq.

XS
SM
MD
LG