Accessibility links

Nuland: Rusiya Krımı Ukraynaya qaytarmayana qədər sanksiyalar qüvvədə qalmalıdır


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Viktoriya Nuland

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Viktoriya Nuland

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Viktoriya Nuland Berlində təhlükəsizliyə dair konfransda əsas diqqəti ABŞ və Avropa İttifaqı arasında başlıca məsələlərdə əməkdaşlığa yönəldib. Bu məsələlər arasında Nuland terrorizmə qarşı mübarizə, Suriyada münaqişə və Rusiyanın Ukraynada siyasəti göstərib.

Yüksək səviyyəli Amerika diplomatı ABŞ-ın vahid, azad və dinc Avropanı hərbi güc, diplomatiya, innovasiysalar və birgə fəalilyyət üçün müttəfiqli münasibətləri kimi geniş vasitələrdən istidadə edərək müdafiə etməyə davam edəcəyini vurğulayıb. O qeyd edib ki, İslam Dövləti qruuna qarşı müabirəzədə qələbə əldə etmək üçün məhz belə sistemli və tam yanaşma tərzi olmalıdır.

Viktoriya Nuland çıxışının böyük hissəsini Ukrayna münaqişəsinə həsr edib. O, ukraynalıların Meydan hadisələri zamanı insan ləyaqəri, məsuliyyətli hökumət və ədalət uğrunda dayandıqlarını xatırladıb. Bunun Yanukoviç və Kreml üçün qəbuledilməz dəyərlər olduğunu deyən Nuland ukraynalıların bu istəklərinə "iğşal, tanklar, raketlər, separatçıların dəstəyi, təxribat və təbliğatla" cavab verildiyini bildirib.

Nuland Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Rusiyaya təzyiq göstərilməklə Ukraynaya bu çətinliklərdən keçməyə kömək etməyə çağırıb. O, Rusiyaya qarşı sanksiyaları effektiv vasitə kimi xüusis vurğulayıb. "Sanksiyalar Minsk razılaşmaları tam yerinə yetirilməyənə qədər davam etdirilməlidir"-deyə o bildirib.

Viktoriya Nuland eyni zamanda, Ukrayna hökumətini demokratik, çiçəklənən Avropa dövləti quruculuğu üzərində işləməyə çağırararaq, bunun "Rusiyanın təcavüzü və mənfi təsirinə" müqavitmə göstərməyin ən yaxşı yolu adlandırıb.

XS
SM
MD
LG