Accessibility links

ABŞ dövlət katibinin yardımçısı Viktoriya Nuland Birləşmiş Ştatların Ukraynada iqtisadiyyatın inkişafına və ölkənin şərq bölgəsində sabitliyin bərpasına dəstək olacağına söz verib.

Kiyevdə səfərdə olan xanım Nuland azad və ədalətli seçkilərin ölkəyə prezident Petro Poroşenkonu gətirdiyini deyərək, Ukrayna xalqını təbrik edib. O, bunun ölkə üçün yeni bir başlanğıc olduğunu deyib.

Dövlət katibinin yardımçısı Ukraynada iqtisadi və siyasi vəziyyətin inkişafı, Konstitusiya islahatlarının aparılması və korrupsiyaya qarşı mübarizə səylərinə yardım məqsədilə Birləşmiş Ştatların 48 milyon dollar ayıracağını bildirib.

Xanım Nuland Ukraynaya prezident Petro Poroşenkonun şənbə günü inaaqurasiya mərasimində iştirak etmək üçün ABŞ-ın vitse-prezidenti Co Baydenlə birlikdə gedib.
XS
SM
MD
LG