Accessibility links

Nümayəndələr Palatasının üzvləri Trampı dinlənilməyə dair sübut göstərməyə çağırır


ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin Devin Nunes
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin Devin Nunes

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri prezident Donald Trampı onun Nyu-Yorkda Tramp qülləsindəki ofisində telefonlarının dinlənildiyinə dair təsdiq edilməyən iddiaları ilə bağlı sübutlar göstərməyə çağırıb.

Keçən həftə prezident Tvitter səhifəsində heç bir dəlil gətirmədən keçmiş prezident Barak Obamanın Tramp qülləsindəki telefonların dinlənilməsinə dair göstəriş verdiyini yazmışdı.

"Dəhşətdir. Obamanın mənim qələbəmdən öncə Tramp qülləsində telefonlarımın dinlənilməsinə göstəriş verdiyini öyrənmişəm. Heç bir şey tapılmayıb. Bu, Makkartizmdir."-deyə Tramp Tvitterdə mesajda yazıb.

Komitənin sədri, respublikaçı qanunverici Devon Nunes və komitədə nüfuzlu demokrat qanunverici Adam Şiff Trampa göndərdikləri məktubda telefon danışıqlarının dinlənildiyinə dair onun irəli sürdüyü iddiaların əsaslandırılması üçün sübutlar göstərməsini istəyiblər.

Obamanın sözçüsü bu iddiaların "tamamilə saxta" olduğunu bildirib.
Tramp Tvitter mesajlarından sonra dinlənmə məsələsi ilə bağlı şərhlər verməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri Devon Nunes və Adam Şiff
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri Devon Nunes və Adam Şiff

Makkeyn dinlənilmə haqda

Arizona senatoru Con Makkeyn bazar günü CNN tele kanalına müsahibədə deyib ki prezident qarşısında iki seçim var. "Ya geri çəkilmək, ya da Amerika xalqının layiq olduğu informasiya təqdim etmək. Çünki əgər onun sələfi qanun pozubsa, prezident Obama qanunu pozubsa, deməli ciddi məsələ var."

Makkeyn bildirib ki, onun "ittihamların doğru olduğuna inanması üçün heç bir əsas yoxdur".

ABŞ senatoru Con Makkeyn
ABŞ senatoru Con Makkeyn

ABŞ qanunlarına əsasən, prezident kiminsə telefon danışıqlarının dinləməsinə göstəriş verə bilməz. Bunun üçün federal hakimin qərarı lazımdır və prezident vətəndaşın telefon danışıqlarının monitorinqini tələb edən şübhələrlə bağlı məntiqi əsaslar göstərməlidir.

Prezident qarşısında iki seçimdən biri var. Ya geri çəkilmək, ya da Amerika xalqının layiq olduğu informasiya təqdim etmək. Çünki əgər onun sələfi qanun pozubsa, prezident Obama qanunu pozubsa, deməli ciddi məsələ var.
Con Makkeyn

Telefon danışıqlarının dinlənilməsi ilə bağlı ittihamlar Konqresin ABŞ kəşfiyyat orqanlarının Rusiyanın prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı çıxardığı nəticələr və Trampın kampaniya üzvlərinin Rusiya rəsmiləri ilə noyabr seçkilərindən öncə və sonrakı kontaktlarına dair apardığı təhqiqatın bir hissəsi olaraq araşdırılır.

ABŞ kəşfiyyatı Rusiyanın Klintonun kampaniyasının rəhbəri Con Podestanın komputerinə müdaxilə etdiyi haqda nəticə çıxararaq, WikiLeaks qrupunun demokratların Klintonun partiyadan nominasiya qazanması üçün səhnəarxası utandırıcı səylərini göstərən minlərlə emailləri ictimaiyyətə sızdırdığını bildirib.

Kəşfiyyat orqanları Rusiyanın Trampın demokrat opponenti olan keçmiş dövlət katibi Hillari Klintonu məğlub edə bilməsinə kömək məqsədilə seçkiyə müdaxilə etdiyinə dair nəticə çıxarıb.

2008-ci ildə prezident seçkilərində məğlub olmuş Con Makkeyn Trampın kampaniya üzvləri və Rusiya arasında əlaqələrlə bağlı informasiyaya toxunub.

O deyib ki, onun öz partiyasının keçən il siyasi platforma sənədindən ABŞ-ın Ukraynaya Kiyevin Rusiya tərəfdarı separatçılara qarşı mübarizədə kömək məqsədilə müdafiə silahlarının göndərilməsinə dair müddəanı çıxarmasını təəssüf hissi ilə qarşılayıb.

"Tamamilə aydındır ki, bu, respublikaçıların hamısının istəyi deyil. Rusiya və Vladimir Putnlə əlaqələrin müxtəlif aspektləri var. Bunların bundan sonra aydınlaşdırılmasına ehtiyac var və fikrimcə, Amerika xalqı bütün suallara cavabları hələ almayıb"-deyə nüfuzlu respublikaçı senator bildirib.

XS
SM
MD
LG