Accessibility links

ABŞ siyasi sistemi: Nümayəndələr palatasının spikeri [Video]


ABŞ siyasi sistemi: Nümayəndələr palatasının lideri
please wait

No media source currently available

0:00 0:02:43 0:00

ABŞ siyasi sistemi: Nümayəndələr palatasının lideri

Nümayəndələr Palatasının spikeri Amerika siyasətində ən mühüm fiqurlardan biridir.

ABŞ Nümayəndələr Palatası cümə axşamı təqaüdə çıxan Con Beyneri əvəzləyəcək yeni spikerə səs verib. Onu Viskonsinli konqresmen Pol Rayan əvəz edib. Nümayəndələr Palatasının spikeri Amerika siyasətində ən mühüm fiqurlardan biridir.

Con Beyner
Con Beyner

Nümayəndələr Palatasının spikeri vitse-prezidentdən sonra prezidenti əvəzləyə biləcək ikinci adamdır. Spiker həmçinin Nümayəndələr Palatasında ən yüksək vəzifəli şəxsdir.

Nümayəndələr Palatasının tarixçisi Matt Vasniyevski spikerin rolunun olduqca mühüm olduğunu deyir.

“İllər ərzində spiker Nümayəndələr Palatasının baş idarəçisinə çevrilib. Nümayəndələr Palatasındakı, demək olar ki, hər şey üzərində yekun qərarları spiker verir.”

Katolik Universitetinin professoru Metyu Qrinin sözlərinə görə, spikerin vəzifəsi Nümayəndələr Platasını Senatda, prezident və ictimaiyyət önündə təmsil etməkdir.

İllər ərzində spiker Nümayəndələr Palatasının baş idarəçisinə çevrilib. Nümayəndələr Palatasındakı, demək olar ki, hər şey üzərində yekun qərarları spiker verir.

“Bundan əlavə, o, partiyasının baş lideridir və biz elə bu səbəbdən onu spiker seçirik. Onun vəzifələrinin sırasına partiyasının irəli sürdüyü qanun layihələrinin həyata keçməsini təmin etmək, Nümayəndələr Palatasına namizədləri seçmək, onlar üçün dəstək toplamağa kömək etmək daxildir. Yəni onun çoxlu öhdəlikləri var.”

Nümayəndələr Palatasına ilk dəfə spiker olaraq 1789-cu ildə Pensilvaniyalı Frederik A.C. Muhlenberq seçilib. Əvvəllər spikerlər daha çox millət vəkili rolunu oynayırdılar, nəyinki siyasi. Amma zaman dəyişib.

“Onlar siyasətdən və partiyalara arası ixtilaflardan uzaq durmalı idilər. Amma 19-cu əsrdən başlayaraq partiya gücləndikcə spikerlər tədricən daha çox partiya lideri rolunu icra etməyə başladılar. Bu proses 19-cu əsrin sonunda başlayıb və indiyədək davam edir.”

“Daha müasir konqresdə, spiker siyasi kursu müəyyən edir, vasitəçi kimi fəaliyyət göstərir və partiya içindəki fraksiyalar, eləcə də digər partiya nümayəndələri ilə danışıqlar aparır.”

Pol Rayan
Pol Rayan

Bu vəzifə nə qədər vacib olsa da, bura hər kəs təyin ola bilər. Təkcə Nümayəndələr Palatasının üzvləri deyil.

“Konstitusiya spikerin kimin ola biləcəyi ilə bağlı məalumat qeyri-dəqiqdir. Orada bildirilən yeganə şey spikerin Nümayəndələr Platası tərəfindən seçilməsidir. Nəzəri baxımdan hər bir şəxs spiker ola bilər və bunünü üçün heş Konqres üzvü olmağa da ehtiyac yoxdur.”

Amma hər bir ekspert deyir ki, bü günədək 53 spikerin hər biri Nümayəndələr Palatasının üzvü olub.

Ənənəvi olaraq Palata spikeri əksəriyyət təşkil edən partiyanın lideri olur. Amma o, Nümayəndələr Platasının ümumi 435 üzvünün səs verməsi ilə seçilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG