Accessibility links

Nümayəndələr Palatasının respublikaçı əksəriyyəti qısamüddətli məsrəf planı təklif edib


Nümayəndələr Palatasının respublikaçı əksəriyyəti qısamüddətli məsrəf planı təklif edib
Nümayəndələr Palatasının respublikaçı əksəriyyəti qısamüddətli məsrəf planı təklif edib

ABŞ-ın Nümayəndələr Palatasının respublikaçı əksəriyyəti federal hökumətin bağlanmasına yol verməmək üçün qısamüddətli məsrəf planı təklif edib. Əksəriyyət lideri Erik Kantor müxbirlələ görüşü zamanı deyib ki, respublikaçıların planı 4 milyard dollarlıq ixtisarı nəzərdə tutur. Onun dediyinə görə, bu plan mart ayının 4-də büdcə müddətinin başa çatmasından sonra federal hökumətinin işinin dayandırılmamasına yardım edəcək. Büdcə ili oktyabr ayının 1-də başlamalıdır. Lakin Konqres büdcəni hələ ki, təsdiq etməyib. Büdcə hazırda respublikaçılarla demokratlar arasında ən mübahisəli mövzudur. Nəzərdən keçirilən büdcə planında 60 milyard dollarlıq məsrəf ixtisarı nəzərdə tutulur. Demokratlar sosial təminat proqramları, səhiyyə fondları və ətraf mühitin mühafizəsi agentliklərinin büdcə ixtisarının əleyhinə çıxış edir.

XS
SM
MD
LG