Accessibility links

Nurcahan Əbilova: Bu boyda haqsızlıq olmaz axı...[Video]


Nurcahan Əbilova: Bu boyda haqsızlıq olmaz axı...
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Nurcahan Əbilova: Bu boyda haqsızlıq olmaz axı...

Həbsdə olan Facebook fəalı Əbdül Əbilovun anasının Amerikanın Səsinə müsahibəsi

Həbsdə olan bloger Əbdül Əbilovun anası Nurcahan Əbilova Amerikanın Səsinə müsahibəsində oğlunun səhətində yaranmış problem, ailəsinin sosial durumunun ağırlığı və dövlət rəsmilərinə müraciətinə cavab ala bilməməsindən danışıb.

Əbdül Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İçlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hüquq mühafizə orqanları saxlanılarkən onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket, kirayədə yaşadığı evdən isə 4,677 qr heroin tapıldığını bildirir.

2014-cü il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə 31 yaşlı facebook fəalı Əbilov 5 il 6 ay azadlıqdan məhrum edilib. O Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə təqsirli bilinir.

Məhkəmədə o bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.

Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edir.

Övladım xəstədir.

Nurcahan Əbilova yaxınlada cəzaçəkmə müəssiəsində oğlu ilə görüşüb.

“Onun sağlamlıq durumu heç xoşuma gəlmədi. Övladım xəstədir. O bu həftənin dördüncü günü zəng etmişdi. Yenə də soruşdum, dedi ki, xəstəliyi əsəblə, stressle bağlıdır. Mən ona görə çox narahatam”, o qeyd edib.

Nurcahan Əbilova ailəsinin maddi durumunun ağır olduğunu deyib.

“Mən xəstəyəm. Neçə illərdir xəstəyəm, əsa ilə gəzirəm. Hara iş üçün müraciət edirəm, müsbət cavab ala bilmirəm. Hökumət də yardım etmir. Az-çox qohum-əqraba kömək edir. Allah köməkləri olsun”.

Ana prezidentdən oğlunun həbsdən azad edilməsinə kömək etməsini xahiş edir.

Bu boyda haqsızlıq olmaz axı. Mən anayam, məni kim saxlasın.

“Prezidentimdən xahiş edirəm ki, buraxsın mənim övladımı. Haqsız tutulub oğlum. İkincisi də prezidentimiz çıxış edəndə deyir ki, hər kəsin ixtiyarı var, hüququ var öz sözübnü deməyə, danışmağa. İndi mənim uşağım da sözünü deyib. Bunun üçün adamı tutmazlar axı. Bu boyda haqsızlıq olmaz axı. Mən anayam, məni kim saxlasın. Düşüm yolçuluq edim”.

O müxtəlif instansiyalara müraciət etməkdən bezdiyini bildirib.

Amma ki, əfv ərizəsini vermişəm. Oradan da səs-soraq yoxdur.

“İki dəfə Mehriban xanımın qəbuluna getmişəm, qəbul olunmuşam. Mənə cavab vermirlər. İlham Əliyevin qəbuluna getmişəm buraxmayıblar. Amma ki, əfv ərizəsini vermişəm. Oradan da səs-soraq yoxdur. Demək olar ki, Azərbaycanda müraciət etmədiyim idarə qalmayıb. Məni heç kimin həndəvərinə buraxmırlar. Bilmirəm sözümü kimə deyim”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG