Accessibility links

Nurçulara hökm oxunub


Məhkəmə
Məhkəmə

Bakının Yasamal rayon Məhkəməsində 2014-cü ilin aprelində saxlanılmış ilahiyyatçı Səid Nursinin ardıcıllarının (nurçuların) işi üzrə məhkəmə prosesi oktyabrın 7-də başa çatıb.

Saxlanılan 40 nəfərdən beşi cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən beşi Bakıda Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarışdan sonra saxlanılıb.

Bir il əvvəl Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Rəvan Səbzəliyev, Şahin Həsənov və Zəkəriyyə Məmmədov məhkəmə qarşısına çıxarılıb.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1 (müvafiq icazə olmadan dini məzmunlu ədəbiyyatın yayılması, əvvəlcədən razılaşma ilə və ya mütəşəkkil cinayətkar qrup tərəfindən törədildikdə), 168.1 (dini ayinlərin yerinə yetirilməsi bəhanəsi ilə vətəndaşların hüquqlarına qəsd) və 168.2-ci (yetkinlik yaşına çatmamış şəxslərin cəlb edilməsi ilə dini ayinlərin yerinə yetirilməsi bəhanəsi ilə vətəndaşların hüquqlarına qəsd) maddələri ilə ittiham irəli sürülüb.

Sentyabrın 23-də prokuror İ.Məmmədovu 7, Hacıyev, Həsənov və Z.Məmmədovu 6,5, Səbzəliyevi 4 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.

Vəkil Yalçın İmanovun sözlərinə görə, oktyabrın 7-də Yasamal rayon Məhkəməsi ittiham olunanları tam günahkar sayıb. Məhkəmə İsmayıl və Zəkəriyyə Məmmədov qardaşlarına, Eldəniz Hacıyevə 5 il, Şahin Həsənova 3,5 il, Rəvan Səbzəliyevə 1,5 il həbs kəsib. Onların hamısı məhkəmə zalında həbs edilib.

Vəkil bildirib ki, həbs edilənlərin hər hansı günahı olmayıb.

“Onlar sadəcə evə yığışıb “Risaleyi Nur” kitabını oxuyub, müzakirələr aparıb. Onlar hən hansı dini ayin belə yerinə yetirməyiblər”.

İmanov hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 48-ci (vicdan azadlığı), 49-cu (toplaşmaq azadlığı) maddələrində zəmanət verilmiş hüquqları pozulub.

“Təqsirləndirilən şəxslər siyasi konyunkturanın qurbanlarıdır. Həbs edilənlər ənənəvi nurçuluğun ardıcıllarıdır. Amma Türkiyə və Azərbaycanda tərəfdarları təqibə məruz qoyulan Fətullah Gülənlə heç bir əlaqələri yoxdur”.

Vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG