Accessibility links

İraq prezidenti parlament spikerinin müavininin yeni hökuməti təşkil etməsini istəyib


Fuad Massum
Fuad Massum

Iraq prezidenti Fuad Massum parlamentin spiker müavini Hayder Əl-Abadidən yeni hökumətin təşkilini istəyib.

Əl-Abadi İraq şiələrinin başlıca siyasi bloku olab Milli Alyans tərəfindən nominasiya edilib. Hayder Əl-Abadi Britaniyada Mançester universitetində mühəndislik sahəsində doktorluq dərəcəsi alıb.

Bu addım Baş nazir Nuri Əl-Məlikinin sünnilər, kürdlər və bəzi şiələr tərəfindən istefa çağırışlarına baxmayaraq, hakimiyyətdə qalmağa çalışdığı vaxt atılıb.

İraqın ali məhkəməsi Baş nazir Nuri Əl-Məlikinin koalisiyasının parlamentdə çoxluq təşkil etdiyini elan edib.

Məhkəmə qərarı cənab Maliki bazar gününədək yeni baş nazir təyin etməməsinə görə prezident Fuad Məsuma qarşı məhkəmə işi açacağını elan etməsindən bir neçə saat sonra çıxarıb.

Prezident Məsumun cənab Malikidən yeni hökumətin təşkilini nə zaman istəyəcəyi məlum deyil.

Məhkəmənin qərarından öncə BMT və Birləşmiş Ştatlar cənab Məsum və İraqın bütün qruplarının təmsil olunduğu yeni hökuməti təşkil edəcək baş naziri dəstəkləyəcəyini bildirib.

ABŞ Dövlət katibi Con Keri hökumətin yaradılmasının İraqın sabitliyi üçün mühüm olduğunu və cənab Malikini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

XS
SM
MD
LG