Accessibility links

Nuri əl-Maliki regional dövlətlərdən dəstək umur


İraq baş naziri Nuri əl-Maliki siyasi rəqibi Əyad Ələvi ilə görüşdə

İraq baş naziri Nuri əl-Maliki siyasi rəqibi Əyad Ələvi ilə görüşdə

İranın Mehr xəbər agentliyi bildirir ki, İraq baş naziri Nuri əl-Maliki hakimiyyət başında qalmaq məqsədilə regional ölkələrin dəstəyini qazanmaq üçün bazar ertəsi İrana səfər edəcək. Cənab əl-Maliki İran rəsmiləri ilə İraqda baş verən son hadisələri müzakirə edəcək. Mart ayında keçirilən parlament seçkilərində heç bir partiya mütləq əksəriyyət əldə edə bilmədiyinə görə, indiyə qədər yeni hökumət təşkil edilməyib. Cənab əl-Maliki hazırda koalisiya hökuməti təşkil etməyə çalışır. Bu yaxınlarda o, nüfuzlu şiə ruhanisi Moqtada əl-Sədrin dəstəyini qazanıb. O, çərşənbə günü Suriya prezidenti Bəşər əl-Əsədlə Dəməşqdə ölkəsi ilə Suriya arasındakı əlaqələri müzakirə etmişdi. Cənab əl-Maliki həmçinin Türkiyə və İordaniyaya səfər edəcək. Əl-Malikinin əsas rəqibi sabiq baş nazir Əyad Ələvidir. O, da qonşu ölkələrin dəstəyini qazanmaq üçün regional səfərlər edir.

XS
SM
MD
LG