Accessibility links

Nüvə alimi: Yaponiyadakı radiasiya insan sağlamlığına ciddi təhlükə törətmir

  • Əsgər Möhsümoğlu

Nüvə alimi: Yaponiyadakı radiasiya insan sağlamlığına ciddi təhlükə törətmir

Nüvə alimi: Yaponiyadakı radiasiya insan sağlamlığına ciddi təhlükə törətmir

George Washington Universitetinin Fizika Departamentində Nüvə Araşdırmaları Bölməsinə rəhbərlik edən professor William Briscoe Amerikanın Səsinə müsahibədə Yaponiyada cərəyan edən nüvə böhranının fəsadları haqda danışıb. Cənab Briscoe-nun sözlərinə görə Fukuşima nüvə reaktorunda baş vermiş qəza və havaya sızan radiasiya insan sağlamlığına bir çoxlarının güman etdiyi dərəcədə ciddi təhlükə törətmir.

Sual: Bu günlərdə Yaponiya rəsmiləri zədələnmiş Fukuşima nüvə reaktoru yaxınlığında aşkar edilmiş radioaktiv iodin maddəsinin normadan 3000 dəfə yüksək olduğunu bildiriblər. İnsan sağlamlığına təhlükə törədən radiasiyanın yayıldığı miqyas nə dərəcədə böyükdür?

Cavab: Əgər hazırda mən Yaponiyada yaşasaydım, çalışardım ki, reaktorların yerləşdiyi ərazidən 30-40 kilometr məsafə saxlayım. Təhlükəsizlik məqsədləri üçün onlar bu radiusu daha geniş tutublar. Əsas qayda odur ki, radiasiyanın təsirini minimum səviyyədə saxlayasan. Zənnimcə, bunun üçün 30 kilometr məsafə yetərlidir. İodinə gəldikdə, bu, bir neçə həftə ərzində məhv olan maddədir. Tezliklə həmin ərazi radiasiyadan azad olacaq. Burada Çernobılda olan kimi radiasiya nüvə reaktorunun özəyindən qaynaqlanmır. Bu, o qədər çox yaşamayan ikinci dərəcəli radiasiyadır.


Sual: Yaponiyadakı nüvə reaktorlarından qaynaqlanan radioaktiv iodin maddəsi uzaq Britaniyada və şərqi Rusiyada da aşkar olunub. Bunun dünya üçün təhlükəsi varmı?

Cavab: Hal-hazırda aktiv olan olan iodin narahatlıq mənbəyidir. Əlbəttə, mən uşaqlara həmin ərazidə yetişdirilmiş ispanaq yedirtməzdim. Bu, lüzumsuz riskdir. Ancaq, əvvəl dediyim kimi, bu, tez həll olunan radiasiyadır. Belə radiasiynın yoxa çıxması illərlə vaxt aparmayacaq. Bir neçə həftəyə və ya aya radiasiya təhlükəsiz səviyyəyə qayıdacaq.

Sual: İnsanların radioaktiv zəhərlənmə haqda qorxulu təsəvvürləri var. Radioaktiv zəhərlənmə insan sağlamlığına nə kimi təhlükələr törədir?

Cavab: Əgər uzun müddətdə aşağı səviyyəli radiasiyaya, və ya qısa müddətdə yüksək səviyyəli radiasiyaya məruz qalırsansa, bu, xərçəng xəstəliyi və yanıqlarla nəticələnə bilər. Xərçəng xəstəliyi adətən uzun müddət ərzində inkişaf edir. Əgər, deyək ki, uran maddəsi orqanizm tərəfindən həzm olunarsa, bu, bədəndə uzun müddət qalacaq, çünki uran öz radiasiyasını min illərlə saxlayır. Amma radioaktiv iodin ərzaqda olarsa, o, qısa müddət ərzində bədəndə qala bilər. Bu maddə qalxanabənzər vəzilərdə toplana bilər və həmin orqanda xərçəng xəstəliyi yarana bilər. Kiçik dozalarda bu, təhlükəli deyil. Belə ki, insan orqanizmi müəyyən miqdarda iodin tələb edir və dərman şirkətləri müalicə məqsədləri ilə bu maddədən istifadə edirlər.

Sual: Siz bayaqları Çernobıl qəzasını qeyd etditniz. Ələlxüsus keçmiş Sovet məkanında köhnə dizaynda tikilmiş nüvə elektrik stansiyaları üçün Çernobıl kimi fəlakətli qəzaların baş vermə təhlükəsi nə dərədəcə realdır?

Cavab: Həm Çernobıl, həm də Üç Mil Adasında baş verən qəzalar insan xətasından doğan qəzalar idi. Çernobıla gəldikdə, burada əməkdaşlar olduqca təhlükəli bir təcrübə keçirərək nüvə enerjisinin səmərəliliyini maksimum həddə çatdırmaq istəyirdilər və bunun üçün tələb olunan lazımi təhlükəsizlik tədbirləri görməmişdilər. Nəticədə nüvə reaktorunun özəyindən radiasiya sızdı və çox sayda insan tələf oldu. Üç Mil Adasında əsasən prosedurlara əməl olunmuşdu. Lakin prosedurun ortasında kimsə yanlış hesablama apararaq səhv düyməni basmışdı. Amma orada özəkdən radiasiya çıxmamışdı. Bunlar əsasən ikinci dərəcəli radioaktiv materiallar idi.

XS
SM
MD
LG