Accessibility links

İstanbulda İranın nüvə proqramı barədə keçirilən danışıqlardan nəticə əldə edilə bilmədi


İstanbulda İranın nüvə proqramı barədə keçirilən danışıqlardan nəticə əldə edilə bilmədi

İstanbulda İranın nüvə proqramı barədə keçirilən danışıqlardan nəticə əldə edilə bilmədi

Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Katerin Aşton deyib ki, o, İran və 5+1 qrupu (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında danışıqların belə nəticələnməsindən üzülüb

İranın mübahisəli nüvə proqramına dair İstanbulda keçirilən iki günlük danışıqlar razılıq əldə olunmadan başa çatıb. Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Katerin Aşton deyib ki, o, İran və 5+1 qrupu (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında danışıqların belə nəticələnməsindən üzülüb. Onun sözlərinə görə, Türkiyədə aparılan danışıqlar BMT sanksiyalarının ləğv olunması barədə İranın təkidi üzündən dalana dirənib. 5+1 qrupu bu şərti rədd edib.İranın nüvə müzakirəçisi Səid Cəlili bildirib ki, Tehranın uran zənginləşdirmək də daxil, nüvə texnologiyası ilə məşğul olmaq hüququ var. İran dövlət telekanalının məlumatına görə, cənab Cəlili jurnalistlərə açıqlamasında ölkəsinin yalnız bir şərtlə danışıqları davam etdirdiyini bildirib: "Danışıqlar ortaq məntiqə əsaslanmalı və milli maraqlara hörmət qoymalıdır".

XS
SM
MD
LG