Accessibility links

Zədələnmiş nüvə reaktoru yaxınlığındakı ərzaq məhsullarında radiasiya aşkar olunub


Zədələnmiş nüvə reaktoru yaxınlığındakı ərzaq məhsullarında radiasiya aşkar olunub
Zədələnmiş nüvə reaktoru yaxınlığındakı ərzaq məhsullarında radiasiya aşkar olunub

Yüksək rütbəli Yaponiya rəsmisi deyir ki, zədələnmiş Fukuşima nüvə reaktoru yaxınlığındakı fermalarda hasil edilən süd və ispanaq məhsullarında yüksək dərəcəli radiasiya aşkar edilib.

Baş Kabinet Katibi Yukio Edano müxbirlərə söyləyib ki, radiasiya səviyyəsi hökumətin nəzərdə tutduğu standartlardan yüksək olsa da yoxlanmış ərzaq məhsulları sağlamlığa birbaşa təhlükə törətmir.

Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, radioaktiv iodin maddəsi uşaqlar tərəfindən həzm olunarsa qısa müddətli problemlər yarada bilər.

Bu arada yanğınsöndürənlər 3 nömrəli reaktoru soyutmaq üçün oraya su axıtmaqda davam ediblər. Okeandan çəkilmiş birbaşa su ilə yanğınsöndürənlər ardıcıl şəkildə nüvə reaktorunun özəyini soyudurlar.

XS
SM
MD
LG