Accessibility links

Nüvə silahlarının ixtisarı barədə saziş ABŞ və Rusiyanın nüvə arsenalını 30 faiz azaldacaq


Rusiya prezidenti Dmitri Medvedyev ABŞ ilə nüvə silahlarının azaldılması üzrə yeni müqaviləni təsdiq edilmək üçün parlamentə göndərib.

Rusiya prezidenti Dmitri Medvedyev ABŞ ilə nüvə silahlarının azaldılması üzrə yeni müqaviləni təsdiq edilmək üçün parlamentə göndərib. Cənab Medvedyev və ABŞ prezidenti Barak Obama sazişi keçən ay Çexiyanın paytaxtı Praqada imzalayıblar.Prezident Obama sazişi bu ay ABŞ Senatına ratifikasiya üçün təqdim edib. Cənab Medvedyev Rusiya qanunvericilərindən ratifikasiya prosesinin Senatla uzlaşdırılmasını tələb edib.

Silahların Strateji Azaldılması sazişi ABŞ və Rusiyanın nüvə arsenalının 30 faizini azaldaraq hər iki tərəfə 1500 strateji nüvə silahı saxlayır. Saziş 1991-ci ildə imzalanmış START müqaviləsini əvəz edir. Sazişin qüvvəyə minməsi üçün həm ABŞ Senatı həm də Rusiya parlamenti sazişi təsdiq etməlidir.

XS
SM
MD
LG