Accessibility links

Nüvə tullantıları ilə dolu qatar Almaniyaya yetişib


Nüvə tullantıları ilə dolu qatar Almaniyaya yetişib
Nüvə tullantıları ilə dolu qatar Almaniyaya yetişib

Nüvə tullantıları ilə dolu qatar bu gün səhər Almaniyaya çatıb. Fransadan gətirilən nüvə tullantıları Almaniyada nüvə saxlama obyektlərinə daşınacaq.

Etirazçılardan ibarət böyük bir qrupun dəmir yolunun qarşısını kəsməsi Fransadan gələn qatarın hərəkətinə mane olmuşdu. Minlərlə Alman polisi bazar günə və bu gün dəmir yolu boyu bir neçə yerdə toplaşaraq nüvə tullantılarının Fransadan Almaniyaya gətirilməsinə etiraz edən insanları yoldan kənarlaşdırıb. Hadisə ilə bağlı polis müvəqqəti olaraq 1300 insanı həbs edib.

11 vaqon tullantı daşıyan qatar Almaniyaya şənbə günü daxil olub. Fransanın şimalını tərk etdikdən sonra sərhədi keçməzdən əvvəl fransalı nümayişçilərin keçirdiyi bir neçə etiraz aksiyası nəticəsində qatarın səfəri yubanıb.

Fransadan hə il nüvə tullantılarının daşınması son illər nüvə-əleyhdarlarının diqqət mərkəzində olan məsələdir. Nüvə əleyhdarları tullantıların daşınmasının təhlükəsiz olmadığını deyib.

XS
SM
MD
LG