Accessibility links


ABŞ və Avstraliyada iqlim məsələlərilə məşğul olan dörd tanınmış alim ətraf mühit fəallarını qlobal istiləşməyə səbəb olan karbo-hidrogen enerji ehtiyatlarına alternativ olaraq, daha təhlükəsiz nüvə enerjisi sistemlərinin inkişaf etdirilməsinə dəstək verməyə çağırıb.

Alimlər bu çağırışla imzaladıqları məktubu ətraf mühitin müdafiəsi siyasətinə dəstək verib, nüvə enerjisi əleyhinə çıxan nüfuzlu şəxslərə ünvanlayıb.

Ətraf mühitin müdafiəçilərinin böyük hissəsi nüvə elektrik stansiyalarının təhlükəli olduğunu və baha başa gəldiyini deyərək, karbi-hidrogen enerjinin nüvə enerjisi ilə əvəz edilməsinin əleyhinə çıxış edir. Onlar dünya ölkələri hökumətlərinin enerjiyə olan tələbatı qarşılamaq üçün günəş və külək kimi enerji mənbələrinə üz tutmalı olduğunu bildirir.

Lakin məktubun müəllifləri qeyd edib ki, günəş və külək enerjisi sistemləri qlobal iqtisadiyyatın tələb etdiyi miqyasda ucuz və etibarlı enerji mənbəyi kimi tez bir zamanda inkişaf etdirilə bilməz. Onların bildirdiyinə görə, iqlimin sabitləşdirilməsi üçün bir çıxış yolu olaraq nüvə enerjisinə mühüm yer verilməlidir.
XS
SM
MD
LG