Accessibility links

Nüvə razılaşmasından sonra İranda həbs olunmuş ABŞ jurnalistlərinin azad edilməsi tələb olunur [Video]


Bəzi ABŞ qanunvericiləri bu dörd insanın azad olunmadığı təqdirdə nüvə sazişini dəstəkləməyəcəklərini deyiblər.

İranla nüvə razılığı əldə olunandan sonra İranda həbs olunan və itkin düşmüş dörd amerikalının ailələri və tərəfdarları onların geri qaytarılmalarına çağırırlar. Bəzi ABŞ qanunvericiləri bu dörd insanın azad olunmadığı təqdirdə nüvə sazişini dəstəkləməyəcəklərini deyiblər. Bu məsələ çərşənbə günü dövlət katibi Con Kerri, enerji naziri Ernest Moniz və maliyyə naziri Cek Lyu Nümayəndələr Palatasının üzvlərinə ötən həftə Vyanada əldə olunan razılığın detalları ilə bağlı məlumat verdikdən sonra gündəmə gəlib. Hər iki tərəfin rəsmiləri Vaşinqton və Tehranın nüvə razılığı tam təsdiq edildikdən sonra ikitərəfli məsələləri müzakirə edə biləcəklərini deyiblər.

Biz nahaq yerə saxlanılan amerika vətəndaşlarından bazarlıq üçün istifadə olunmasına razı deyilik

The Washington Post qəzeti İranda həbsdə olan müxbiri Ceyson Rezayanın azad olunmasını tələb etməsi ilə bağlı artıq bir ildən çoxdur BMT-yə rəsmi şəkildə müraciət edib.

“Bu işin hər bir aspekti – onun həbs olunması, məhkəmə prosesi, həbs cəzasının şərtləri insan haqlarının, habelə ləyaqətin rüsvayedici şəkildə pozulmasıdır”.

Rezayan İranda həbs edildiyi bəlli olan üç ABŞ vətəndaşından biridir. Dördüncüsü isə 8 il öncə orada itkin düşüb. Bu dörd amerikalının taleyi bəzi qanunvericilərin İranla əldə olunan razılaşma ilə bağlı səs vermələrinə təsir göstərəcək.

“Düşünürəm ki, bu razılığı sadəcə mətn və kontekst, yəni saziş qanuni olaraq qüvvəyə minmədiyi təqdirdə görüləcək tədbirlərə görə dəyərləndirmək olar. Amma bir çoxumuz üçün əlavə bir faktor var ki, tamamilə həlledici olmasa da, nəzərə alınmalıdır. Bu isə İranın digər əməlləridir.”

Obama administrasiyası bu dörd amerikalının nüvə razılığına aidiyyatının olmadığını aydın şəkildə izah edib.

Ceyson Rezayan

Ceyson Rezayan

“Biz nahaq yerə saxlanılan amerika vətəndaşlarından bazarlıq üçün istifadə olunmasına razı deyilik,” deyə Coş Ernest bildirib.

Dövlət katibi Kerri deyib ki, o, İran nümayəndə heyəti ilə hər görüşdə amerikalıların qaytarılmasını istəyib. Çərşənbə günü iranlı nümayəndə də bunu təsdiq edib.

“Biz nüvə məsələsini başa çatdırsaq, İranla digər məsələlər üzərində danışıqlara başlamaq ehtimalı var ki, onlar İranın yüksək səviyyəli rəsmilərinin qərarlarına əsaslanır.”

Prezident Barak Obama deyir ki, dörd amerikalını geri qaytaranadək Birləşmiş Ştatlar fəaliyyətlərini davam etdirəcək.

XS
SM
MD
LG