Accessibility links

"Made in New York" təşəbbüsü-Dizaynerlərə yardım [Video]


Dünyanın müxtəlif çeşidli dizaynları Nyu-Yorkda cəmləşib. Lakin çox hallarda pula qənaət məqsədi ilə moda əşyaları xarici ölkələrdə istesal edilir. İndi isə Nyu-Yorkda iqtisadi həvəsləndirmə proqramı vasitəsi ilə dizaynerlərin şəhər çərçivəsində fəaliyyətinə start verilib.

Nyu-Yorkda moda sənayesi iş yerlərinin 5 faizini təşkil edir. Bu sahədə hər il 18 milyard dollarlıq gəlir əldə edilir.

İqtisadi eniş-yoxuşlara baxmayaraq, topdansatış, istehsalçı və dizany mərkəzlərinin əksəriyyəti Nyu-Yorkun Qarment bölgəsində cəmləşib. Şəhər meri Bill De Balsio 1880-ci illərdən bu sənayenin Nyu-Yorkun tərkib hissəsinə çevrildiyini deyir.“Moda təkcə iqtisadi baxımdan şəhərin güclü sktoru deyil, bütün sənayelərin qabaqcıl sektorudur. Bu, şəhərin xarakteri və təbiətinə xas bir sahədir. Bunu olduğu kimi, hətta daha da gücləndiyini görmək istərdik.”

Bu il inkişaf etməkdə olan şirkətlərə 15 milyon dollar məbləğində yardım vəsaiti ayrılıb. Proqram “ Nyu-Yorkda istehsa edilib”, “Made in New York” adı altında həyata keçirilir.

Leota kimi şirkətlər ildə azı 1000 ədəd məhsul satmalıdır. Bu məhsullar şəhərdə biçilib, tiklib, satışa buraxılmalıdır. Təsisçi Sara Karsonun dediyinə görə, “Made in New York” istehsalına əlavə vəsaitlər ayrılacağına ümid bəsləyir. “Kiçik bir şirkət kimi maliyyə vəsaiti biznesimizin genişlənməsinə, əlavə iş yerlərinin açılmasına yardım edir. Yardım Nyu-Yorkda moda sənayesinin inkişafına yol açır. ”

Leota 4 il əvvəl təsis edilib. Lakin istehsal sahəsində məhdudiyyətlər hələ də var. İcarələr bahalı, iş yerlərinin köhnəlməsi və texnologiyanın sıradan çıxması problemlərə səbəb olur. “Toxuculuq, lazerlə paltar biçimi sahəsində texnologiya qıtlığımız var. Tələbat yüksək olan malları burada istehsal edə bilmirik.”

“Made in New York” programı texnologiya və işçi qüvvəsinə yatırım edən şirkətlərə kömək edir. İndiyədək şirkətlərə milyon dollar məbləğində yardım göstərilib.

Kenny Hunq Leota şirrkətinin dizayn etdiyi mallarının istehsalı ilə məşğul olan fabrikanın sahibidir. Bu ailə biznesini o, həyat yoldaşı ilə bərabər işlədir. Kenninin dediyinə görə, istehsalın il boyu dövriyyəsini saxlayacaq tikiş fabriklərinə ehtiyac var.

Yerli dizaynerləri istehsal sahəsinə birləşdirəcək elektron platmoforma yaradılmalıdır. Əgər Hunq texnologiyanın təkmilləşdirilməsinə investisiya ayırsa, onun fabriki nağd pulla təmin edilə bilər.

100% Nyu-Yorkda tikilən paltarların gələcəkdə daha artıq olacağına ümid bəslənilir.

XS
SM
MD
LG